Page 164 - Yuri Trifonov
P. 164
i Trifonov

Bu, onun әsәbi vaxtında baş vermişdi, hirsi başına vurmuşdu
vә sakit tәrzdә danışa bilmirdi. Cәnub cәbhәsi ona heç bir kömәk
göstәrmirdi. Yenә әvvәllәrdә olduğu kimi, Miqulinin korpusu
sanki yad idi! Yenә әziz övladların içindә ögey bir oğul kimiydi.
Bir sözlә, korpusun ancaq adı vardı... İyunun axırında Miqulin
vә Şura Cәnub Cәbhәsinin qәrargahına teleqram göndәrirlәr:
“Xüsusi korpusda komandanlığı qәbul edәrәk, şәraitlә, döyüş
heyәtiylә vә hissәlәrin vәziyyәtiylә tanış olaraq xәbәr veririk ki,
nәhәng cәbhәdә döyüşlәr son dәrәcә ağır şәraitdә, hәm dә zәif
hәrbi güclә aparılır (bәzi polklarda cәmi 80 süngü var)... Bir çox
hәrbi hissәlәr kifayәt qәdәr tәlim keçmәyib vә quru adlarından
başqa heç nәlәri yoxdur.. Yüznәfәrlik kazak alayları öz stanitsa-
larından düşmәn tәrәfә keçirlәr (Fedoseyev vә Ustbuzulsk
alayları)... Hәrbi hissәlәrin uzun-uzadı döyüşlәrdәn әzab çәkdiyi
belә bir vәziyyәtdә davam edәn ağır qarşıdurmalarda böyük itki-
lәr verilib. Böyük sayda komandir vә komissarlardan mәhrum
olublar, mәnәvi dözümlәri dә yüksәk deyil, onlardan zәif bir
sipәr kimi istifadә etmәk olar, bundan ötrü çalışmaq vә yeni his-
sәlәrin tәcili yaradılmasına, hәmçinin tәlimlәrә başlanmasına
ehtiyac var. Hansısa vacib tapşırıqların bu ordularla yerinә yeti-
rilmәsi müvafiq fasilәlәr edilmәdәn mümkün deyil. İki diviziya
komandirinin mәlumatına görә, briqadaların hәr biri 150-dәn
artıq süngüyә malik deyil. Xüsusi korpus rәisi Miqulin. İHŞ
üzvü Danilov”.

Bu teleqramda Şuranın qәlәminin izi görünür. “Mәnәvi
dözüm” deyilәn şey Şuradan gәlmәdir. Ağır vaxtlarda, yәni altı il
әvvәl Qalya ölәndә kәdәrdәn az qalırdı özüm dә ölәm, ancaq
arxivdә qurtuluş tapırdım, bax o vaxt sәnәddәn köçürülmüş
vәrәqlәr indi әlimdәdi, bu, Miqulinin Moskvaya vә cәbhә İHŞ-
nә geniş bir teleqramıdı. Dәrd içindә boğulsam da, bu teleqramı
tapdığıma necә dә sevinirdim! Bir qoca xәlvәtcә şifrәni, fondu,
siyahını mәnә xәbәr vermişdi. Yaxşı qocaydı, paxıllığı yoxuydu,
amma eyni zamanda nәsә narahat idi. İndi nә o qoca sağdı, nә
Qalya...

“24 iyun, saat 19.00, Anna stanitsası.
Mәni Xüsusi korpus komandiri tәyin edәrkәn Cәnub Cәbhәsi
İHŞ bәyan elәdi ki, bu eks-korpus güclüdü, on beş minә qәdәr

164
   159   160   161   162   163   164   165   166   167   168   169