Page 98 - tomas
P. 98
as Vulf

– Vaxtın bura dәxli yoxdu, – o deyir. – Siz indi azad olmalısız.
Vaxtınız da gәlib çatıb, – deyir. – Çatıb, çatıb, görmürәm bәyәm?!..

…doğrudan, elә onun dediyi kimi dә oldu... hә dә, tәbii ki...
mәn dә bunu deyirdim dә, oğul… bax burda da hәr şey aydınlaşdı...

“İki... iki...” – bir sәs deyirdi, o birisi isә: “İyirmi... iyirmi”...
…Ed Mirs bizә gәlәndәn iyirmi gün sonra – oktyabrın 17-dә…
әqrәb әqrәb üstündә – axşam ona iyirmi dәqiqә qalmış әkiz do-
ğuldu… Ben vә Qrover anadan oldular... o biri gün yerimdә
uzana-uzana fıkirlәşdiyim vaxt birdәn anladım… başa düşdüm,
bu, nә demәk imiş belә… Tilsim qırıldı... bax belәcә… bu da
bütün әhvalat, atam… bax hәr şey belә olmuşdu…
“İki... iki”, – bir sәs deyirdi, o birisi isә deyirdi: “İyirmi...
iyirmi...”
…sәnә hәr şeyi danışdım...
– Buna nә deyirsәn?.. – Mister Qanta deyirәm. – İndi başa
düşdün?.. Hә!..
…sәn onda bir onun üzünü görәydin…
– Dәrindәn fıkirlәşәndә, doğrudan, çox qәribәdi, – deyir. –
Allah haqqı, qәribәdi…
– Ay Allah, bu nәdi, a bala?!.. Bu nә sәslәrdi belә, hә?.. Nә
deyirsәn?.. Gәmi?.. Hә, aprelә lap az qalıb… mәn evә qayıtmalıyam,
әkib-becәrdiyim bağda birazdan güllәr açacaq… ağaclar çiçәklә-
yәcәk, şaftalılar, albalı, zoğal, dәfnә, yasәmәn... alma ağacım da
var, iyunda onun üstü cürbәcür quşlarla dolu olur... uşaqlıqda
әkmişdin o ağacı… elә әkdiyin yerdәcә, mәnim pәncәrәmin
qabağındaca çiçәklәyir... qurban olum, bala, yemәyinә fikir ver…
canını qoru, ürәyim çox narahatdı... sәn burda yad adamlarm
arasındasan… tәksәn… indi yamaclar elә gözәldi... bahara az
qalıb… ürәyim sәnin üçün narahatdı, oğul… sәn hәm tәksәn,
hәm dә uzaqdasan... evә qayıt, bala… bala, evә qayıt!..
A-a-a, qulaq as bir...
Hә?.. Bu nәdi belә?..
Hә?.. Nә deyirsәn?..
İlahi, pәrvәrdigara! Köçәri qәbilә…
Bala, bala!.. Bu nәdi belә orda?..
Hә, gәmilәr… yenә gәmilәr!..

98
   93   94   95   96   97   98   99   100   101   102   103