Page 96 - tomas
P. 96
as Vulf

– Hә?.. – deyir, – Neylәyәrsәn axı?..
– Neylәyәrәm?.. – deyirәm. – İndi deyim. Sәksәn yaşımacan
özümü at әvәzinә arabaya qoşub gücüm gәldikcә çәkәrәm, sonra
da, – deyirәm, özüm dә göz vururam ona, – elә kef elәyәrәm ki,
şeytanın gözü kәllәsinә çıxar!..
…elә belә dә dedim ona… fıkirlәşdim ki, qoy bir az kefini
açım…
O isә gülür…
– Nolar, – deyir, – gözәl plandı.
Deyirәm:
– Qulaq as, Miller, kim dә olsa, gәrәk sәn tәslim olmayasan.
Biz sәninlә dünyanın hәr üzünü görmüşük… Allah bir dә o
günlәri göstәrmәsin… başımız çox bәlalar çәkib…
…indikilәr nә bilirlәr ki?.. Bilmirlәr, ağır gün nә olan şeydi…
biz onunla qonşuluqda – beşcә mil aralı böyümüşük… bunu heç
yaddan çıxarmaq olar?.. Hә?.. Hәr şey dәqiqәsinәcәn yadımdadı…
elә bil dünәn olub… kişilәr cәrgәylә gedirdi… arvadlar ağlaşırdı…
toz göyә qalxırdı... nәlәr çәkirdik, necә işlәyirdik... yun, çit, ip-
lik… hәr şeyi özümüz әkib-becәrirdik… öz әllәrimizlә düzәldirdik...
sәnin eşitmәdiyin, yuxunda belә görmәdiyin daha nәlәr vә nәlәr,
oğul... o yay vaxtını da, o çayı da, o mahnıları da, ehtiyacı da,
kәdәri dә, bәdbәxtliyi dә… hәr şeyi görmüşük, hәr şeyin içindәn
keçib çıxmışıq...
– Sәn özün dә!.. – Miller Rayta dedim. – Sәn dә hәr şeyin
içindәn keçmisәn, – deyirәm, – mәnim yadımdadı!..
…hә, belә deyәndә o razılaşmaya bilәrdi mәgәr?..
– Hә, sәn, – deyir – haqlısan, yadımdadı... Bәs – deyir… bir
balaca elә bil sevincәk olmuşdu… – indi dә o cür bacararsan?..
– Bacararam?.. – deyirәm. – Çala-çala, oynaya-oynaya!..
Qulaq as, Miller, – deyirәm, – tutaq ki, bizim kitabımız bağlanıb.
Axı tәk biz yox, hamımız elә bilirdik, düz elәyirik. Olsun ki,
onda biz hamımız başımızı itirmişdik, – deyirәm. – Özümüz öz
başımızı xarab elәyirik, әsl şeylәr isә qalıb bir kәnarda.
…bunu fıkirlәşәndә... Tfu!.. Mәn qәti qәrara gәlmişәm...
adam bilir bәyәm başına nәlәr gәlәcәk?!.. Hә dә, fıkirlәşirdim ki,
bir-iki iş var, onu da qurtararam, vәssalam. Tfu!.. Allah haqqı,

96
   91   92   93   94   95   96   97   98   99   100   101