Page 92 - tomas
P. 92
as Vulf
nahar, hәlә şam... Tikә belәsindәn, elәsindәn, ciyәr, rostbif, donuz
әti, balıq, toyuq, beş cür tәrәvәz, әzilmiş kartof, adi lobya, donuz
әtiylә lobya, turp, şaftalı kompotu, piroq, daha nәlәr, nәlәr...
– Әcәb olur! – bir dәfә Ueyd Eliota dedim. – Odu ki, elә
bәdbәxtlik basıb onu. Öz dişiylә özünә qәbir qazır.
– Ola bilәr, – deyir, – amma sәnә deyim, qazmağı yaman
uzun çәkir ha-a?..
…düz sözә nә deyәsәn?.. Amma vallah, mәnә hәrdәn elә
gәlir, özünü adam kimi aparsaydı, bәlkә, hәlә dә sağ-salamat
idi… odu ki...
…nә deyirdim?.. Hә, ağrım tutdu… dәhşәtli, kәsici ağrılar...
pәncәrәyә yaxınlaşıb atanı çağırıram…
– Gәl! Tez gәl!.. – deyirәm. O da, adamın Allahı var, qaça-
qaça gәldi… – Yox, ola bilmәz!.. – dedim. – Vaxtına hәlә var
axı!..
– Mәnә elә gәlir, vaxtdı, – atan deyir, – gedim, hәkim gәtirim.
…bu, çәyirtkә gәlәn il idi... elә bil o vaxtdan nә qәdәr illәr
keçib… çәyirtkәlәr bütün torpağı tәrtәmiz yemişdilәr… o vaxtdan
nә qәdәr sular axıb... Amma, yox… fikirlәşdim… bilirsәn, heç
cür ağlıma sığışmırdı… ola bilmәz axı!.. Gör bir nә qәdәr vaxt
keçib… cәmi bir il bundan әvvәl, yanvarda... İlahi!.. Pәrvәrdigara!..
Deyirәm, mәnim bu bәlalı başım daha nәlәr çәkmәyib?!..
Tәәccüblüdü ki, hәlә burda sәninlә üzbәüz oturub danışıram…
düz sözümdü, vallah… ilahidәn nә isә böyük bir qüvvә verilib
mәnә… düz sözümdü!.. Taxıl yetişdirmәk bundan asandı… o
qәdәr uşaq… axı sәkkizi sağ qalanlardı… bәs o birilәr?.. Onlardan
heç xәbәrin var?.. O qәdәr uşaq... tanıdığım bütün qadınlardan
әn qısa müddәtdә әrdә olanı mәn idim... sәn hәlә bir görәydin…
off… görәydin, onun haqqında nәlәr eşidirdim… arvadlarla
oturub dura-dura, günahlar içindә bata-bata mәni söyürdü, әlә
salırdı... Allah-allah... çәtin adam idi… vәhşinin, kobudun biri
idi… hәrdәn deyirdim, bәlkә, mәn onu başa düşmürәm?.. İçindә
elә bil bizim heç vaxt görmәdiyimiz, tanımadığımız vәhşi heyvan
vardı… nәlәr elәmirdi, nә söyüşlәr söymürdü?!.. Onunla bacara
bilmirdim… o qәdәr bezirdim, Allaha yalvarırdım, cәzasını
92