Page 90 - tomas
P. 90
as Vulf
…nә vecinәdi?!.. Pulu da bir belә çölә tökәrlәr?!.. Bala, bala,
bala!.. Bilirsәn, onun pulu belә sәpәlәmәyinә görә nә qәdәr
ağlamışam?!..
– İlahi!.. – deyirdim. – Ömründә belә qarınqulu görmәmişәm!.. –
qәsdәn elә deyirdim ki, bәlkә, toxuna ona. – Ancaq öz qarnını
fikirlәşirsәn!.. Bir düşün, qazandığını qarnına xәrclәyirsәnsә, dar
gününә pul yığmaqmı olar?.. Bu nә müsibәtdi, hә?.. Sәnin, Allah
bilir, beynin qarnındadı. Vallah!.. Bir dә görürdün, bәli, yolda
arabası yer-yemәklә dolu fermerә rast gәldi… o birisi evә tez
getmәk üçün bütün arabanı birdәfәlik boşaldıb canını qurtarmaq
istәyir, o da hamısını alır... Hamısını birdәn, tәsәvvür elәyirsәn?..
Bunu heç danışmışdım sәnә? Necәdi sәninçün?.. Gәrәk nә qәdәr
sәfeh olasan ki, evindә toyuqların hәr gün maşın kimi bir ucdan
yumurtladığı yerdә tәzәdәn qırx düjün dә yumurta alasan!..
İlahi!.. O qәdәr әsәbilәşmişdim, az qaldım, yumurtaları onun
başına çırpam!..
– Axı hansı şeytan sәni yolundan azdırdı ki, belә hoqqa
çıxartdın?.. – deyirәm.
– Bilirsәn, – müqәssir adamlar kimi deyir, – o, hamısını bir
yerdәn, düjününü cәmi yeddi sentә verirdi. O qәdәr ucuz idi ki, –
deyir, – ürәyim gәlmәdi әldәn buraxam.
– Әşi, fәrqi nәdi, – deyirәm, – bu yumurtalar bizә lazım deyil
axı!..
– Eybi yox, lazım olar. – o deyir. – Uşaqlar yeyәr.
– Nә danışırsan, ay kişi, Allahdan qorx!.. – qışqırıram. – Sәn
onlara o qәdәr yumurtanı necә yedirdәcәksәn?.. Onu istәyirsәn
ki, sonra ömürlәri boyu yumurtaya tәrәf baxa bilmәsinlәr?..
Onsuz da, yemәyәcәklәr!.. – deyirәm. – O yumurtaların hamısı
qalıb iylәnәcәk!..
…sәnә deyim, bu sözlәrdәn sonra atan elә yazıqlaşdı ki…
– Nә bilim, – deyir, – istәdim, yaxşı olsun. Yәqin, sәhv
elәmişәm, – deyir.
…sonra noldu?.. Sonra da bir maşın qarpız-yemişlә gәldi…
iyirmi yeddi qarpız!.. İstәyirsәn inan, istәyirsәn yox, Allah bilir,
nә qәdәr dә yemiş!.. Olsun ki, yüzlәrlә...
90