Page 89 - tomas
P. 89
Dünyanın hörümçək toru
“…Mәn cani dә olsam, vicdanımda saysız-hesabsız insan
qanı da olsa, hәlә hәyatımda kiminsә arvadını oğurlamaq kimi
alçaq hәrәkәtә yol vermәmişәm. İndi ev-eşiyi sahmana salıb
mәni qarşılamağa hazırlaş. Mәn qayıdacağam. Bir aydan sonra,
axır ki, qayıdacağam. Sәninlә haqq-hesabı çürütmәliyәm, hazır
ol”.
Dok danışırdı ki, Çeter mәktubu açıb oxuyanda ağappaq
ağardı, әsim-әsim әsmәyә başladı... deyirәm, Allah bilir, onun
ölüm xәbәri gәlәnәcәn, yәqin, Çeterin hәyatı cәhәnnәm әzabı
olub... Ed isә qayıda bilmәdi… deyilәnә görә, kimlәr tәrәfindәnsә
Meksikada – salunda öldürüldü...
…bir sözlә, hәr şey bax belә olmuşdu, belә baş vermişdi…
amma mәn yenә dә heç cür başa düşә bilmirәm, bu “İki... iki”,
“İyirmi... iyirmi” nә demәkdi axı?..
– Sәn Allah, bәsdi, – atan deyir, – heç nә demәk deyil. Heç
belә bir şey olmayıb da. – deyir. – Sәni qara basıb.
…eybi yox, dayan bir, – özlüyümdә deyirәm, – dayan-dayan,
indi görәrsәn... çox gözlәmәdik... lap azca… nahardan әvvәl,
tәqribәn saat birdә başladı… İlahi!.. Elә bil içimdә hәr şey qırılıb
tökülürdü… yaxşı ki, o, evdә idi… o gün tez gәlmişdi… yaxındakı
hәyәtdәn donuz almışdı, onun piyini әridirdi…
– Axı bu nәdi düşüb başına?.. – qışqırıram. – Nәyinә lazımdı
onu alırdın?!.. Bala, bala, bala!.. Atan kimi bәdxәrc adam
dünyasında tapılmaz!.. Mәn olmasaydım ha, qazandığını son
qәpiyinәcәn qәssabların, fermerlәrin cibinә, bir dә saluna
tökәcәkdi... onları görәndә özünü saxlaya bilmirdi ki!.. Bildin?..
– Görüm sәni lәnәtә gәlәsәn!.. – deyirәm. – Axı bu hardan
ağlına gәldi sәnin?.. Axı anbar әtlә, qaxacla doludu!.. – düz altı
әdәd donuz qaxacımız vardı… onları da özü alıb gәtirmişdi... –
Vallah, bu donuz әtini gәvәlәmәkdәn hamımız ölәcәyik!.. –
deyirәm. – Cücәmizә nә gәlib?.. – on iki girvәnkә qızardılmış
әtimiz dә vardı… özü bazardan göndәrmişdi… – Yazığıq axı!.. –
deyirәm. – Vallah, uşaqları yorğan-döşәyә salacaqsan!.. Bu qәdәr
dә әt yemәk olar?..
89