Page 88 - tomas
P. 88
as Vulf
– Ay Allah!.. – atan dedi. – Yas üçün bişirilәn piroq toy
süfrәsinә qoyuldu!..
– Özüdü ki var, – deyirәm, – belә çıxır da.
…indi, demәk, Dok Henslini Qәrbә – kimisә hәbs elәmәyә
göndәriblәr… ordan qayıdandan sonra o, Meksikada Ed Mirsә
rast gәlmәyindәn danışırdı... Texasdan Meksikaya gedәn gәmidә
üzdüyü yerdә… görünür, axtardığı adamın iziylә gedirmiş… Ed
Mirslә lap burun-buruna dәyir... Dok deyirdi: “O, saqqal buraxmışdı,
amma o dәqiqә tanıdım”.
– Ed çox dәyişib, – deyirdi. – Gördüyünüz adamdan әsәr-
әlamәt qalmayıb. Lap meyitә oxşayır. Әvvәlki Edin quruca nәfәsi
qalıb. Bir dәri, bir sümükdü. Әti dә dәlәninkindәn çox deyil, –
deyirdi.
– Sizi tanıdı? – soruşuram. – Onunla danışa bildiniz?..
…onun taleyi mәni hәmişә maraqlandırıb, bilirsәn?..
– Bәs necә?!.. – Hensli deyir. – Dörd gün biz onunla bir
otaqda canbir qәlb yaşadıq. Necә olsa, köhnә dostuq… o qәdәr
yeyib-içmişdik... Düzdü, – deyir, – mәni gәmidә görәndә әvvәl
elә bildi, onun dalınca gәlmişәm, o dәqiqә – deyir, – tәslim
olmaq üçün çıxdı.
– Dok, – deyib, – bilirәm, mәni tutmağa gәlmisәn, mәn hazır.
O isә:
– Yox, әşşi, – deyib. – Mәn bura ayrı birisi üçün gәlmişәm.
Axtardığım sәn deyilsәn. Bir dә, – deyib, – sәni tutmaq üçün
mәnә әmr verilmәyib, orderim yoxdu.
– Onsuz da, Ed deyib ki, әvvәl-axır bir gün özüm gәlәcәyәm.
Ölmәmişdәn bircә gün qabaq. Hәlә bir adamı da öldürmәliyәm…
sonra isә qoy mәni tutub nә istәyirlәr, elәsinlәr.
– O kimdi elә?.. – Dok soruşub. – Sәn kimi öldürmәk
istәyirsәn?..
– Keş Çeteri. – o deyib, sonra Keşin, arvadını ondan boşatdırıb
özünә almağını Doka danışıb.
…Dok danışırdı ki, evә gedәn gün Ed ona mәktub verәrәk
xahiş elәyib ki, qayıdanda Çeterә çatdırsın... o mәktubu öz
gözlәriylә oxumuşdu… deyirdi, ömründә belә şey görmәyib…
88