Page 83 - tomas
P. 83
Dünyanın hörümçək toru
adamlardan bu dünyada qorxmaya bilәrsәn. O dünyada, әlbәttә,
başqa mәsәlә, – deyirәm, – onu deyә bilmәrәm. Sәn özün dә
onlarla, vaxt gәlәcәk, görüşmәli olacaqsan…
O, mәnә baxdı, baxdı, gözlәri bәrәldi.
– Ruhlar?.. – deyir.
– Hә, – deyirәm. Bilmirәm, kimlәrin ruhlarıydı, amma mәni
xәbәrdar elәmәyә gәlmişdilәr… Qulağıma pıçıldadılar ki, siz
Lourenslә bura gәlirsiniz vә iyirmi dәqiqәdәn sonra burda
olacaqsınız.
…onun özü… nә deyim vallah?!. Axır bir qәdәrdәn sonra
dili söz tutdu.
– Yox, Eliza, sәhv elәyirsәn. Sәni hәyәcanlandırmaq istәmirәm, –
deyir, – amma onlar bura gәliblәrsә dә, sәnә ayrı bir şeyә görә
xәbәrdarlıq elәmәk istәyiblәr. Mәnimlә Lourensin barәsindә yox.
Sәnә and içirәm, – deyir.
– Bunu necә başa düşәk?.. – soruşuram.
– Mәn sәnә düzünü dedim – cavab verir. – Lourens mәnimlә
deyildi. Onunla dustaqxananın yanında ayrıldıq… fikirlәşdik ki,
belә yaxşıdı. O, Cәnubi Karolinaya qaçdı. “Dağlara gedәcәyәm, –
dedi, – bizi tutmasalar, qәrbdә görüşmәyә ümid var.”
– Gözümün içinә bax!.. – әmr elәyirәm, – düzünü deyirsәn?..
O, gözümә baxıb:
– Yalan deyirәmsә, heç sabaha sağ çıxmayım!.. – dedi.
…mәn onun gözlәrinin içinә baxdım vә gördüm ki, düzünü
deyir…
– Onda, yәqin, – deyirәm, – nә isә ayrı bir şey barәdә
xәbәrdarlıq edirmişlәr. İndi isә – deyirәm, – de görüm, niyә
mәnim evimә girdin?.. Sәnә nә lazımdı?..
– Eliza, – deyir – bu gecә dağlardan keçmәliyәm, çәkmәm
isә yoxdu, ayaqyalınam.
…onda baxıb gördüm, doğrudan da… yәqin, hәyәcanlı
olduğumdan, әvvәl-әvvәl seçmәmişәm… baxıram ki, cır-cındırda,
ayaqyalın, qan içindә dayanıb… baxmaq da olmur… gözünü
çәkә dә bilmirsәn… nә çәkmәsi, nә pencәyi var… köhnә ağarmış
tumandan, qalstukunun altında aşağıyacan cırılmış çirkli flanel
83