Page 80 - tomas
P. 80
as Vulf
öyrәtmәyib… siz ki bilirsiniz, atam – mayor Pentlend spirtli
içkini dilinә dә vurmurdu. İçәn adamları isә kandardan içәri
buraxmazdı.
– Hә, tanıyırdım… – Ambroz deyir, – gözәl adam idi… biz
hәmişә onunla fәxr elәyirik, – vә yenә atana sarı çönüb, – Bill, –
deyir, – insanın xoşbәxtliyi üçün hәr şeyin var. Gözәl arvadın,
balaların, әlindә yaxşı sәnәtin… bütün bunlara görә, – deyir, –
sәn belә elәmәmәlisәn, әyyaşlığa son qoymalısan.
…atan da söz verdi ki, şüşәyә tәrәf әl uzatmayacaq… Ambroz
da çıxıb evinә getdi... bu, elә hәmin gecә oldu… hә, sentyabrın
iyirmi yeddisindә... budu ha, eşidirәm! “İki… iki” – biri deyir, o
birisi isә: “İyirmi… iyirmi” – deyir…
– Pәrvәrdigara!.. Ay arvad!.. – mister Qant deyir, – sәnә elә
gәlir!.. Vallah orda heç kim yoxdu!.. – deyir, özü isә pәncәrәyә
yaxınlaşır, bilirsәn?.. Başını çölә çıxarıb baxır vә deyir – sәnin
gözünә görünür, qulağına sәs gәlir...
– Yox, axı eşidirәm!.. – deyirәm… doğrudan da, elә aydın
eşidilirdi, elә bil nәdi… – Odu, bax yenә!.. – deyirәm…
…özümsә, hәqiqәtәn dә, eşidirәm… “İki… iki” – birinci sәs
pәncәrәnin önündә deyir… o birisi isә lap qulağımın dibindә:
“İyirmi… iyirmi” – deyir… vә elә hәmin dәqiqә dә kilsә zәnglәri
çalınmağa başladı… lap mәhkәmәdәki kimi… yadındadı?.. Özü
dә elә bәrk… var gücü ilә… tez- tez…
– Ay Allah!.. – deyirәm. – Yәqin, nә isә olub. Sәncә, bu nә
ola bilәr, hә?..
…meydandan camaatın qışqırtısı eşidilir… hamı ulaşır…
Küertis Blekin dükanının pәncәrәlәrini sındırırdılar ki, silahları
götürsünlәr… sәn demә, kilsә zәnglәri buna görә çalınırmış….
atan da ki… belә vaxtda kişi xeylağı yerindә otura bilәr?..
Yerindәn ayağa sıçradı… papağını götürüb – “Gedib baxmaq
lazımdı” – dedi.
– Of, sәn Allah, getmә, – deyirәm, – getmә!.. Xahiş elәyirәm,
lazım deyil. Mәni bu vәziyyәtdә tәk qoyma!...
– Ay Allah! – o deyir, – qorxma, – deyir, – yarımca saata
burdayam. Hәr şey qaydasındadır. Sәnә heç bir şey ola bilmәz.
80