Page 75 - tomas
P. 75
Dünyanın hörümçək toru
– Düzdü, – o deyir, – biz gәrәk bir-birimizlә mülayim olaq.
– Mәn dә danışmamışdan әvvәl fikirlәşirәm. Amma istәsәydim, –
deyirәm, – Dok Henslidәn elә şeylәr danışardım, heç kim onunla
fәxr elәmәzdi… Bircә şeyә görә arxayın ola bilәrsiniz ki, –
deyirәm, – o, gözәl ailә başçısıdı, arvad-uşağına çox bağlıdı.
Odu ki, nә azğınlıq elәsә dә, nә hәrc-mәrclik yaratsa da, heç kim
onu qınamır.
…kor-kor, gör-gör… mәhkәmәdә ona qara yaxmaq üçün ha
toqquşdururdular ki, guya öz arvadından başqa, ayrı qadınlarla
da oturub-durur, faydası olmadı, ağam… sonra özlәri dә boyunlarına
aldılar ki, o haqda söz gedә bilmәz…
– Axı bu necә olacaq, Dok?.. – atan deyir. – O adamlar iyirmi
il sәninlә yaxın olublar… başa düşmürәm, axı buna necә әlin
gәlәcәk?..
O isә cavabında:
– Hә, bilirәm, – deyir, – dәhşәtdi… amma axı kimsә dә bunu
elәmәlidi!.. Bu mәsәlә mәnim boynuma düşür… camaat da mәni
elә bundan ötrü seçib. Hәm dә, – deyir, – bunu mәn elәsәm,
Ellinin ürәyincә olacaq. Biz artıq bunu hәll elәmişik.
…tәbii ki, onun dustaqxanaya gedib-gәldiyini hamı bilirdi...
Nә qәdәr olmasa, dost idilәr axı... Orda – dustaqxanada şaqqanaq
çәkib gülürdülәr, hay-küy salırdılar… odu ki, deyib: “Onlara xoş
gәlir ki, bunu başqası yox, mәhz mәn elәyim”.
– Amma axı… – mister Qant deyib, – sonra sizi vicdanınız
ağrıdacaq!.. Başa düşmürәm, o haqq-hesabdan sonra gecәlәr
necә yata bilirsәn.
– Eh, boş şeydi, mister Qant… heç vecimә dә deyil. Mәn, –
deyir, – belә şeylәri çox görmüşәm. Mәndәn nә gedir?.. Tәtiyi
çәkmәk. Mәnim üçün bu, toyuğun boğazını üzmәk kimi bir
şeydi.
– Buyur, bu da bunun sözü, – atan deyir. – Belә adam
görmüsәn?.. Bu adamda insanlıqdan әsәr-әlamәt yoxdu. Ürәyindә
bir gilә rәhm qalmayıb, – deyir.
…bizsә yenә bilә bilmәdik, onun bu işlә әlaqәsi olub, ya
yox… amma dustaqxanadan qaçışı onların hazırladığını bilirdim…
75