Page 72 - tomas
P. 72
as Vulf
İlahi!.. Onda atana elә belә dә dedim:
– Yox, sәn bir buna bax!.. Bizi qonaq çağırıb… – sәn bir
tәsәvvür elә… – camaatın yemәk yeyәcәyi stolun üstündә… –
deyirәm, – güllәlәyib öldürdüyü zәncinin kәllәsi...
…o vaxtdan ona tәrәf baxa bilmirәm…
– Gәrәk nә qәdәr vәhşi olasan ki, – atana deyirәm, – belә bir
şey elәyә bilәsәn.
…onlara nahara qonaq gәlәnlәrin qabağına hәmin kәllәni
qoyurlar… uşaqları o dәqiqә o zәnci kәllәsini gәtirib qәndqabı
әvәzinә stolun üstünә qoyur… tәsәvvür elәyirsәn?.. Hәlә bir fәxr
dә elәyirlәr bununla… guya bu, böyük qәhrәmanlıqdı… kәllәnin
tәpәsini qapaq şәklindә kәsiblәr… alnında isә güllә keçәn dәlik…
qәnd tökmәk üçün bu dәlikdәn istifadә edirlәr... İçalatım ağzıma
gәldi… dilimә bir tikә dә vura bilmәdim… biz ordan çıxanda
atan dedi:
– Mәnim ayağım bir dә buralara dәymәyәcәk! Belә qaniçәn
adamı, – deyir – tanımaq belә istәmirәm!..
…indi dә yadıma düşәndә tüklәrim biz-biz durur... atan,
hәqiqәtәn, o gündәn bir dәfә dә olsun, onların evinә getmәdi…
oxx… olsun ki, Dok da özünü elә buna görә öldürdü… yadıma
gәlir, xәbәri mәnә kirayәnişin Kilmer çatdırdı… birbaşa mәtbәxә
girib:
– Elә dәhşәtli mәnzәrәdi... – deyir, – …birinci mәn gördüm…
Qәfildәn eşidirәm, elә bil güllә açıldı… – deyir, – tәzә mәhkәmәnin
düz arxasında… özümü tez ora yetirdim vә gördüm o, kәrpic
qalağının yanında uzanıb... әvvәl bilmәdim kimdi… güllә başının
yarısını elә aparmışdı ki, üzünü tanımaq olmurdu… tәsәvvür
elәyirsiniz, necә dәhşәtdi?..
– Nolar?!.. – deyirәm, – heç tәәccüblәnmirәm. Nә tökәrsәn
aşına, o da çıxar qaşığına.
…hә, bax hәr şey belәcә baş verdi… olsun ki, vicdanı onu
ağrıdıb… özüylә bacara bilmәyib… bir dә Elli dә bizim Deyziyә
demişdi…
– Oh, – deyir, – atam nәlәr çәkir!.. – uşaq özünü saxlaya
bilmәyib, bilirsәn?.. – Bilmirәm, onunla neylәyәk. Qorxuruq
72