Page 71 - tomas
P. 71
Dünyanın hörümçək toru

– Hәkim çağırmaq lazımdı, – deyib. – Deyәsәn, onu öldürdüm.
…әlbәttә, hәkim gәlәndә artıq gec idi… o saat dedi ki, baxan
kimi bilinir, әl ilә vurublar… başın yarısı xәşilә dönüb… meyit
dә qan gölmәçәsindә üzür… deyirlәr, heç baxmaq olmurdu…
atan mәhkәmәyә getmişdi… sonra hamısını mәnә danışırdı...
– Bilirsәn, – deyir, – ömrümdә Zeb Pentlendin camaatın
qabağındakı bugünkü nitqinә bәnzәr bir şey eşitmәmişәm.
…Zeb dә… sәnin әmioğlun… müqәssir idi…
– Ağlasığmaz bir şey idi… – atan deyir, – heyif ki, sәn eşidә
bilmәdin…
– İndi neylәyәcәklәr ona?.. – deyirәm. – Hәbs elәyәcәklәr?..
– Yox әşi!.. – deyir. – Yәqin ki, buraxacaqlar. Özünümüdafiә
ilә әsaslandırıb bәraәt verәcәklәr… amma sәnә deyim, – deyir, –
bir milyon versәydilәr belә, onun yerindә olmaq istәmәzdim.
Yadında saxla, – deyir, – Dok ömrünün axırınacan Pentlendin
ona dediklәrini unutmaz!.. Ona qulaq asa-asa rәngi ağappaq
ağardı… Qәbrәcәn bunu unutmaz…
…düzdü, mәhkәmәdә hәr şey aydın oldu… Zeb Pentlend
sübut elәdi ki, Dok Hensli polisә işә girәndәn bәri güllәylә on
sәkkiz adam öldürüb… atan danışırdı ki, mәhkәmәnin ortasında
Zeb zalda oturanlara sarı çönüb:
– Siz polis nişanını, hakimiyyәti vә qanun keşiyini insan qanı
tökmәyә milçәk öldürmәk kimi baxan rәhmsiz bir adama etibar
elәyib, әlinә güllә ilә dolu tapança vermisiniz!.. – deyib. – İndi
dә bәzilәriniz yenә bu quduz iti azadlığa buraxmağa hazırsız ki,
o, hәr yerә ölüm toxumu әkib günahsız, kömәksiz adamların
canını alsın, vәhşiliklәr törәtsin!.. Baxın!.. – deyib. – Budu o,
әsә-әsә, amma alnında vә әllәrindә öz qurbanlarının qanından
qaralan lәkәlәrlә qorxudan büzüşüb oturub!.. Qәbirlәrdәn ölülәrin
barmaqları ona tuşlanıb, onların qanları intiqam tәlәb edir!.. Dul,
yetim qalmışların sәslәri dә onlara qarışır!..
…hә, mister Qant dedi ki, dәhşәtli bir nitq idi… Hensli dә
ağarıb әsim-әsim әsirdi… elә bil ölәnlәrin ruhları, doğrudan,
ayağa qalxıb onu ittiham elәmәk üçün bura gәlmişdilәr… amma
axırda, әlbәttә ki, ona, hamının әvvәlcәdәn dediyi kimi, bәraәt
verdilәr...

71
   66   67   68   69   70   71   72   73   74   75   76