Page 70 - tomas
P. 70
as Vulf
yeyib-içirdilәr, indi isә Lyuk sәbirsizliklә gözlәyir ki, onların
ayaqları altından kötüyü nә vaxt çәkәcәklәr.
– Hә, – deyirәm, – yaxşı dost idilәr!.. Aralarından su da
keçmirdi.
…amma, doğrudan, elәydi... Ed Mirs, Lourens Ueyn, Dok
Hensli ilә iyirmi il canbir qәlb dost olublar...
– Sәnә deyim ki, – atana deyirәm, – mәnә elә gәlir, hamısı
bir bezin qırağıdı. Biri üçünә dәymәz, üçü birinә – deyirәm. –
Dok Hensli heç dә onlardan az qan tökmәyib. Özü dә yaxşı bilir
bunu. Fәrqi bircә bundadı ki, belinә qayış taxıb, pis әmәllәrini
qanunla, hökumәtin adıyla görür.
…vallah… yadımdadı, onu Riz Makledonu öldürdüyünә görә
mühakimә elәyәndә hamı bir adam kimi üzünә durmadı?..
…mәlum mәsәlәdi, onu niyә buraxdılar… guya ki, hәyatının
tәhlükәsizliyini qoruyurmuş… hәm dә o, bir polis әmәkdaşı kimi
vәzifә borcunu yerinә yetirmişdi. Amma mәn hәlә lap çoxdan
atana demişdim.
– Axı sәn mәndәn dә yaxşı bilirsәn ki, bu, әvvәlcәdәn
düşünülmüş, soyuqqanlı qәsddәn savayı, bir şey deyil!..
…düzdü, Riz dәhşәt güclü adam idi… bir dә görürdün, vurub
dәmlәşirdi… lәnәtullah!.. Elә o özü dә, mәncә, çox adam
öldürmüşdü… amma Dok Hensli ilә can-ciyәr idilәr, bir oturub-
dururdular... olsun ki, onu qayda-qanunu pozduğuna görә kefli
vәziyyәtdә yaxalayıblar... deyirlәr, dustaqxanaya aparılanda elә
hay-küy salıbmış ki, onu kameradan çıxarmalı olublarmış... Ox!..
Danışırdılar ki, sәsi bütün meydanı bürümüşdü… ulayıb dәlilik
elәyirdi… onda onu, nәdi o... nә deyirlәr ona?.. Hә, qazamata
saldılar… qazamat bilirsәn dә nәdi?.. Yerinә torpaq tökülmüş adi
zirzәmidi… әvvәllәr orda şәhәr atlarını saxlayırdılar... demәk,
gör indi bu Hensli nә ilә özünә haqq qazandırmaq istәyir... deyir,
guya dustağın yanına düşübmüş ki, söhbәt elәyib sakitlәşdirsin
onu vә guya Maklendon yerdәn köhnә nalı götürüb әlindә
saxlayıbmış ki, o, içәri girәndә üstünә cumub nalla başını әzsin...
sözündәn belә çıxırdı ki, ya gәrәk o ölәydi, ya Riz… onda nalı
Rizin әlindәn alıb, alnına ilişdirәrәk onu öldürüb… mәhkәmәdә
oturan adamlarsa danışırdılar ki, o, zirzәmidәn çıxanda:
70