Page 66 - tomas
P. 66
as Vulf

gәtirmәsәk, onları heç cür tapıb bizә verә bilmәz... elә bu vaxt...
atam balası, başlandı... atan onun xirtdәyindәn yapışıb:

– Öldürәcәyәm!.. – deyә dәli kimi bağırmağa başladı. – Sәni
lәnәtә gәlәsәn!.. – özü dә istәyir onu piştaxtanın üstündәn vursun...
bilirsәn?.. – Әclaf köpәk oğlu!.. – deyir. – Axırıma çıxdın axır
ki!.. Çәrlәdib öldürdün mәni!.. Amma yo...ox, ölmәmişdәn әvvәl
sәni öldürәcәyәm!.. – deyir, – sәni dә özümlә aparacağam!..

...Benlә Lyuk qollarından yapışıb onu birtәhәr qırağa çәkdilәr...
amma iş-işdәn keçmişdi... o biri çinli qışqırıb ulaya-ulaya küçәyә
qaçdı... bir dә gördük, budu, polislә qayıdır...

– Bu nә demәkdir?.. – polis soruşur. – Burda nә baş verib?.. –
hamımıza baxa-baxa deyir.

– Onlar mәni soyublar, – atan deyir, – yaramaz qaniçәn
vәhşilәr!.. İndi dә öz aralarında sövdәlәşirlәr ki, axırıma çıxsınlar!..

...biz onu saxlamasaydıq, hamımızı bada verәcәkdi... Lyuk
atanı dümsüklәyib:

– Bura bax, – dedi, – nә qәdәr zibilә düşmәmisәn, sәsini kәs.
Bәsdi hay-küy saldın.

Mәn isә deyirәm:
– Yox, düzdür, hörmәtli cәnab, onunla bir az siyasәtlә
danışmaq lazımdı. Bilirsiz, burda bir balaca anlaşılmazlıq oldu,
amma indi hәr şey öz qaydasındadı.
– Nolub axı?.. – o, yenә soruşur.
– Biz әrimi bura, xәstәxanaya gәtirmişik, – deyirәm... ona
çatdırmaq lazım idi ki, atan xәstәdi, bildin?.. – bura dәydik ki,
yuyulmağa verdiyimiz köynәklәri götürәk.
– İndi bәs noldu ki?.. – o deyir. – Vermirlәr?..
– Bilirsiniz, – deyirәm, – guya ki, qәbzi mister Qanta veriblәr,
o da, yәqin, harasa qoyub. Bir sözlә, hәlә ki tapa bilmirik.
Köynәklәr isә burdadı, – deyirәm, – hardasa buralarda olmalıdı...
oğlum özü onları keçәn hәftә bura tәhvil verib.
...onda o, Lyuku başdan-ayağa süzdü... vә sәnә deyim ki,
uşaq o gün, doğrudan, yaraşıqlı görkәmdә idi... belә sәliqәli,
dәnizçi geyimindә... o vaxt Norfolkdan ona mәzuniyyәt vermişdilәr
ki, evinә getsin, bildin?.. Missis Barret dә deyirdi: “Gözәl oğlunuz

66
   61   62   63   64   65   66   67   68   69   70   71