Page 61 - tomas
P. 61
Dünyanın hörümçək toru

…çıxmaq istәyәndә:
– Dayan bir görüm, – deyirәm, – bircә dәqiqә sәbir elә. Mәn
özüm onun öhdәsindәn gәlәrәm.
…biz gözlәmәyә başladıq… vә özüdü ki var… heç beşcә
dәqiqә keçmәmişdi, bir dә gördük, atanın qapısı astaca açıldı…
vә o, dәhlizә çıxdı… sonra Qas Tollinin qapısını döydü… Qas
Tolli: “Getdilәr?” – deyir… bizsә gözlәdik ki, o, qapını bağlasın…
qapı bağlanan kimi mәn özümü ora atdım vә qapını döydüm…
indi Qas qapının o üzündәn soruşur:
– Kimdi?..
– Qapını açın, – deyirәm, – onda görәrsiz.
O, qapını açıb binәva quzu sifәti ilә duruxub qalır:
– A-a, sizsiz, missis Qant?.. – deyir. – Mәn isә elә bilirәm,
şәhәrә getmisiniz.
– Hә-ә, nәdi, – deyirәm, – yamanca yaxalandız a-a?!..
O isә:
– Mister Qant da burdadı… – özü dә elә incә, mülayim sәslә
deyir… – bir balaca söhbәtimiz vardı...
– Hә, – deyirәm, – amma mәnә elә gәlir, söhbәtdәn başqa da
nәyinizsә vardı... Deyәsәn, söhbәtiniz tünd olub deyә çox çәkib.
O söhbәtdәn sonra iy qapının ağzından vurur adamı.
…of, bilirsәn, nә dәhşәtdi?.. O çovdar viskisinin elә kәskin
iyi olur, adam istәyir başını tutub qaça…
– Elә mәn dә – deyirәm, – ömrüm boyu söhbәt elәyirәm…
amma nәdәnsә, heç vaxt bu kökә düşmürәm.
– Hә, – Lyuk deyir, – budu, bax, hәlә aranızda birşüşәlik
söhbәt dә stolun üstündәdir.
…biz içәri girib onun üstünә hücum çәkdik… o isә… sәn
adamda hәyasızlığın dәrәcәsinә bax… stolun arxasında oturub
litrlik şüşәdәn yenә özünә viski süzmәyә hazırlaşır...
…baxışın insanı öldürmәk gücü olsaydı, hamımız dayandığımız
yerdәcә ölәcәkdik… onun o cür acıqlı, sәrt baxışını ömründә
görmәmisәn... bizi ağzına gәlәn üçmәrtәbәli söyüşlәrlә söymәyә
başladı... mәn şüşәni ondan aldım… xahiş elәyirdi ki, heç olmasa,
bircә qurtum verim ona...

61
   56   57   58   59   60   61   62   63   64   65   66