Page 59 - tomas
P. 59
Dünyanın hörümçək toru
xeyirxah… bir sözlә, әsl xaçpәrәst… atan da dünәnkinә görә
ondan üzr istәdi... istәdik onu ayağa qaldırıb özümüzlә aparaq…
qәlyanaltıxanaya getmәyә hazırlaşırdıq… axı heç birimiz nahar
elәmәmişdik!.. O isә:
– Yox, – deyir, – ayağa qalxmağa hövsәlәm yoxdu… siz
gedin, çörәyinizi yeyin.
…bilirdim ki, viskisi yoxdu… hamısını boşaltmışdım axı!..
Küçәyә dә çıxa bilmәzdi, çünki pal-paltarı bağlı yerdә idi... odu
ki, fikirlәşdim, eybi yoxdu, onu bir az tәk qoymaq olar… biz dә
rahatca gedib nahar elәdik… bircә saat keçmişdi… qayıdıb
görürük nә?.. O, yenә çarpayıya tirlәnib dәli kimi mahnı oxuyur...
– Bu nә olan şeydi, ana?.. – Ben deyir, – axı sәn dedin şüşәni
alıb boşaltmısan?..
– Hә dә, – deyirәm.
– Demәli, onda biri dә varmış, – deyir, – biz gedәndәn sonra
yenә içib.
– Belә, – deyirәm, – içmәyә bir şeyi vardısa, demәli, biz
nahar elәyәnәcәn axırına çıxıb. Amma axı biz nahara gedәndә
onda heç nә yox idi!.. Dәqiq heç nә yox idi… mәn evi başdan-
ayağa… hәr künc-bucağınacan axtarmışdım… nәyә deyirsәn,
and içim, – deyirәm, – burda viski yox idi.
– Onda, demәli, kimsә verib. – Ben deyir. – Öyrәnәrәm
görüm, bunu kim elәyib. Gәl missis Barretdәn soruşaq, görәk
onun yanına gәlib-gedәn olmayıb?..
…biz birlikdә aşağı düşüb missis Barretdәn soruşduq ki,
onun yanına gәlib-elәyәn olmayıb?
– Yox, – o deyir, – siz gәlәnәcәn heç kim bura ayaq basmayıb.
Bayaqdan güdürdüm, – deyir, – gәlәn olsaydı, görәrdim.
– Qәribәdi… – deyirәm, – çox qәribә işdi… amma eybi yox,
mәn yerin dibindәn dә olsa, öyrәnәcәyәm mәsәlә nә yerdәdi.
Gedәyin, uşaqlar, – Lyukla Benә deyirәm, – öyrәnәrik, bu nә
möcüzәdi, bu nә hoqqadı başımıza açır...
…biz onun yanına, otağa qalxdıq vә nә görsәk yaxşıdı?..
Necәdi sәninçün?.. Biz aşağıda olanacan fürsәti fövtә vermәyib…
hәlә bir az da üstünә gәlib… üzünә baxan kimi başa düşdüm…
Mitil kimi sәrilib çarpayısına… yaxınına gәlib:
59