Page 56 - tomas
P. 56
as Vulf

güldü ki, gәl görәsәn!..
– Yaşayacaq!.. – dedi. – Çox güman ki, hәr ikimizdәn çox

yaşayacaq!..
…Sәnә deyim, o, sәhv elәmәmişdi… budu bax, o cür adam…

gözәl, tәravәtli bir kişi… adama elә gәlirdi, dünya dağılsa belә,
ona heç nә olmayacaq... Vudro Ailsin özünün üstünә çağırılan
hәkim vә sair vә ilaxır… deyirlәr, minlәrlә adamı ölümdәn
qurtarıb… amma bax, öz әcәli gәlәndә heç nә elәyә bilmәdi…
onu ölümdәn qurtarmaq üçün bütün mümkün vә qeyri-mümkün
işlәrә әl atdılar… xoruz sәsi eşitmәyәn dava-dәrman tapdırdılar…
amma nә faydası!?.. Ölüb getdi… atandan ikicә il çox yaşadı…
bu barәdә qәzetdә oxuyanda, yadımdadı, Makqayrada dedim:

– Bu, onu göstәrir ki, – deyirәm, – әcәlin çatanda heç nәyin
xeyri yoxdu... bilmirәm, – deyirәm, – siz buna necә baxırsız,
amma mәncә, nә isә ilahi bir qüvvә var… vә әgәr o, bizi çağırırsa, –
deyirәm, – hәkimlәr öz yerindә, amma getmәk lazımdı…

– Hә, – deyir, – haqlısız. Burda nә isә – deyir, – bizә mәlum
olmayan mәsәlәlәr var…

…vә sәn bir işә bax ki, demә, özünün dә bircә il ömrü
qalıbmış… içib keflәndi vә öldü... dәrddәn, bilirsәn?.. O qadın ki
elә elәdi... hәlә xәstәxanadakı o zәnci… Lyuk danışırdı ki, sәhәr
tezdәn әmәliyyat olunmalıymış, amma o, gecәdәn xeyli keçmiş
gәlibmiş… deyirlәr o qәdәr içibmiş ki, ayaq üstә dayana
bilmirmiş… pillәkәnlәrlә qoca ayı kimi yumbalanırmış… hәmin
o zәnci dә mәcbur olub onu buz kimi soyuq suyla dolu vannaya
salıb… ordan da sürüyüb çarpayısına uzadıb… deyirlәr axır
vaxtlar tez-tez o günә düşürdü...

…Hә, harda qaldım?.. Demәk, Eliot hәkim deyirdi: “Heç nә
başa düşә bilmirәm… bilmirәm, o, nәyin hesabına yaşayır?!..
Hәr halda, yaşayır. Odu ki, şәkk gәtirmәk, nәyisә әvvәlcәdәn
yozmaq istәmirәm. Bu adam insan deyil, – deyir, – dörd adamın
әvәzidi, – deyir – bu gün üçün onun hәyat enerjisi sizin
hamınızınkının cәmindәn çoxdu”.

…sözü dübbәdüz çıxdı, bala… axırıncı günәcәn o qәdәr
yeyirdi, o qәdәr yeyirdi… onun yediyini kim yesәydi, yerindә
qalardı… bax deyim: iki düjün çiy dәniz ilbizi, üstündәn qızardılmış

56
   51   52   53   54   55   56   57   58   59   60   61