Page 52 - tomas
P. 52
as Vulf

darıxacağıq... O: “hә”, – deyib gözümün içinә baxır... elә baxır,
elә baxır, elә baxır!.. Sonra: “amma sizin üçün darıxacağam…”
– deyir, özü dә düz gözümün içinә baxır…

– Nolar, – deyirәm… söhbәti dәyişmәk istәyirәm, bilirsәn?.. –
Biz dә – deyirәm, – sizdәn ötrü darıxacağıq… amma – deyirәm…
istәyirәm birtәhәr kefini açam, fikrini dağıdam, bilirsәn?.. –
ümidvaram ki, bizi unutmayacaqsınız, bizә mәktub yazacaqsınız.
Әgәr – deyirәm – ora belә möcüzәli yerdirsә vә orda qızıl,
doğrudan da, küçәnin ortasında tökülüb qalıbsa, bunu görmәk
maraqlı olardı. Әgәr ora, doğrudan, belәdisә, – deyirәm, – elә
mәn özüm dә orda yaşamaq istәyәrdim… tezcә dә yığışıb gәlәrdik.

O isә:
– Nolar, lap yaxşı, – deyir, – mәnim üçün bundan böyük
sevinc nә ola bilәr ki?..
…mәn isә görürdüm… hәr şey gün kimi aydın idi… amma
nә edә bilәrdim?.. Daha nә deyәydim?.. Atan ora gedәndә o
söhbәtin üstündәn artıq çox illәr keçmişdi… özün de, bu boyda
axmaqlıq olar?.. Nә vardı, dәli kimi cumurdu ora?..
– Trumeni gördün? – ondan birinci soruşduğum bu oldu.
– Hә, – deyir, – gördüm.
...Allaha and olsun, onun üzünü görәydin…
– Hә, necәdi?.. Nә işlә mәşğul olur? – deyirәm… axı mәnә
dә maraqlıdı, orda nә var, nә yox.
– Qulaq as, – deyir… sәn bir onun üzünü görәydin… – başa
düşmәdim, bu nә demәkdi?.. – deyir. – Gedәndәn elә sәndәn
danışır… elә bil ayrı sözü-söhbәti yoxdu. – Hә-ә, – deyir, –
yәqin, sarsaq qoca vurulub sәnә… Allaha and olsun, vurulub.
O zaman heç nә demәdim… onu hәyәcanlandırmaq
istәmirdim… amma, bala!.. Mәn bunu onun gözlәrindәn
oxumuşdum… mәn hәr şeyi bilirdim… bilirdim!.. Allah haqqı,
bilirdim… ömrümdә bu cür bir yerdә qәrar tuta bilmәyәn adam
görmәmişdim… eh, qoca Amanda Stivens kişilәr barәdә elә
düzünü deyirdi… bilirsәn bir dәfә o nә dedi?.. Deyirlәr, oğlanları
Vәtәndaş müharibәsinә yollananda… sәkkiz oğlu vardı, bala,
hamısı da bir nәfәr kimi müharibәyә getdi… camaat da onu
tәbrik elәyirdi ki, müharibәyә sәkkiz oğul yola saldığı üçün fәxr

52
   47   48   49   50   51   52   53   54   55   56   57