Page 49 - tomas
P. 49
Dünyanın hörümçək toru
bircәsini gördüyüm vaxtlardan... Allah haqqı, sәbәbini bilmirәm!
Fikirlәşәndә, doğrudan, çox qәribәdi… deyirәm, bәlkә, – deyir,
özü dә mәnә baxır, – onlarla ayrı dünyada, hansısa ayrı bir
vәziyyәtdә görüşmüşәm?!.
Gözünün içinә baxıb deyirәm:
– Hә, mәn dә elә fikirlәşirәm… sәn lap gözündәn vurdun.
Mәsәlә dә elә burasındadı ki, sәbәbi bu dünyada axtarmaq lazım
deyil…
O, mәnә baxdı vә sәnә deyim, atam, ömründә o cür baxış
görmәmişdim... yadıma gәlir, bir dә uzun illәrdәn sonra… bilirsәn
nә vaxt?.. Boksçular üsyan elәmişdilәr ha-a, bax onda başılovlu
qaça-qaça evә gәldi... “Şükür! – deyir. – Biz çinlilәrә müharibә
elan elәdik, mәn dә orduya yazıldım, Allaha and olsun!..”
Of, onların әlindәn elә yanıb-tökülürdü ki, hәr şeyini –
ailәsini dә, işini dә atıb çinlilәrlә vuruşmağa getmәyә hazır idi…
“Yox, – deyirәm ona, – ağam, heç yerә getmәyәcәksәn!.. Sәnin
arvadın var, uşaqların körpәdi, onları yedirtmәk lazımdı… sәn
evdә qalacaqsan… lazımdırsa, o birilәr getsinlәr… sәnin yerin
burdadı... Bir dә deyirәm, sәni, onsuz da, orduya götürmәyәcәklәr…
qoca әsgәr kimin nәyinә lazımdı ki?!. Orda cavanlar lazımdı…” –
deyirәm…
…elә bil “qoca” demәyim toxundu ona… o dәqiqә özündәn
çıxdı… “Mәn elә bu yaşımda da min cavana dәyәrәm!.. – dedi. –
Biz әclaf bir zәmanәdә yaşayırıq vә әgәr sәn elә bilirsәn ki, mәn
damağında siqaret, bilyardxanalarda avaralanan o düdük-müdükdәn
pisәm, hamısı birә dәymәz, biri dә heçә, Allah, sәn özün keç
günahımdan, demәk sәnin bu dünyada qandığın qrafa yoxdu, ay
arvad, sәninlә öz yuvasını batıran quşun arasında heç bir fәrq
yoxdu!.. – deyir. – Bax mәn hәlә bu yaşımda dörd adamın işini
görürәm!..”
…O, belә deyәndә tay dinmәdim. Allah tәrәfi, atan, doğrudan,
güclü adam idi… İlahi!.. Bu qulaqlarımla eşitdim, camaat danışırdı
ki, onun emalatxanasına gedәnlәr öz gözlәriylә görüblәr, atan
iyirmipudluq daşın bir ucundan tutaraq, tük kimi göyә qaldırıb…
daşın o biri tәrәfindәki iki nәhәng zәnci isә tәr içindә hıqqıldaya-
hıqqıldaya qalıblar, daşı yerdәn ayıra bilmәyiblәr...
…Onu birinci dәfә Hopkinsin yanına aparanda Ueyd Eliota
49