Page 46 - tomas
P. 46
as Vulf
aparır – evli adamla mәktublaşır, bunun qabağını alsın... vә budu
ha, çox keçmәdi ki, Elerdәn mәktub gәldi... ömrümdә belә şey
görmәmişdim… atana yazmışdı ki, mәn onun әrinә xәbәrçilik
elәmişәm, sonra da xoruz sәsi eşitmәyәn söyüşlәr yağdırmışdı...
yazmışdı ki, “bilsәydim onunla evlәnirsәn, ona sәnin haqqında
bildiklәrimi deyәrdim vә hәr şeyi danışsaydım, heç bir qadın
sәnә әrә gәlmәzdi. İndi isә qoy o, sәni bağrına bassın – sağlığına
qismәt, çünki ona nә qәdәr nifrәt elәsәm dә, düşmәnimә dә belә
bir әr arzulamıram”. Atan bu mәktubu evә gәtirib mәnim üzümә
çırpdı… “Al, sox gözünә – dedi, – sәni görüm lәnәtә gәlәsәn!..
Hamısı sәnin işindi!.. İndi ki belәdi, qulaq as, sәn bu süfrәnin
arxasında Elerin yerindә onun mәni atıb getdiyinә görә oturursan
vә әmin ola bilәrsәn, o getmәsәydi, sәnin ayağın da bura
dәymәyәcәkdi!.. Bunu birdәfәlik sırğa elәyib as qulağından!..”
Bala, bala, bala!.. Mәn onda cavandım, qürurluydum vә bilsәydin,
bu sözlәri eşitmәk mәnim üçün necә ağır idi?!. Hәmin dәqiqә
ayağa qalxıb artırmaya çıxdım… yığışıb getmәk istәyirdim,
amma bәtnimdә ilkim tәrpәndi… yağış da tәzәcә yağmışdı…
onda mәn çiçәklәrin, qızılgüllәrin, ağ zanbaqların, yovşan
kollarının, üzüm tәnәklәrinin – o vaxt onlar tәzә-tәzә dәyirdi –
qoxusunu duydum… hәm dә qaranlıq düşürdü… vә mәn öz
eyvanlarında oturan adamların asta-asta söhbәtlәrini eşidirdim…
çıxıb getmәyә isә bir yerim yoxdu… mәn onu atıb gedә bilmәdim...
“Ay Allah!.. – ürәyimdә dedim. – Mәn neylәyim?.. Neylәyim
axı?...”
***
…Belә-belә işlәr… atan bax hәmin bu haqq-hesabdan sonra
o Ambroz Reydikerin qәlyanaltıxanasına getmәyә başladı…
içkiyә qurşandı... Ambroz danışırdı, Lidiya onun gözünә görünәndә
nә hallara düşürdü.... atana elә gәlirmiş, Lidiya qәbirdәn çıxıb
onu izlәyir…
– Hә, – dedim, – ola da bilәr, niyә olmur?!.
– Sonra da, – Ambroz deyir, – sözümün hәlә ardı var... bir
46