Page 45 - tomas
P. 45
Dünyanın hörümçək toru

…bәs necә?!. Artıq o, hәr şeyi götür-qoy elәmişdi, mәnim
balam… boşanıb sәnin atana әrә getmәyi planlaşdırmışdı... atan
isә havalı dәli kimi sevinirdi, onun başına hәdiyyәlәr, pullar
yağdırırdı… yazıq qarı da Elerin qabağında qul kimi işlәyirdi…
işlәyә-işlәyә dә ağlayırdı… yalvarırdı ki, çıxıb getsin, әrinin
yanına qayıtsın… Eleri isә başa salmaq mümkün deyildi… heç
bir söz kar elәmirdi... Of!.. Axı o da dәlicәsinә vurulmuşdu
atana!.. Beynindә bircә şey vardı: nәyin bahasına olursa-olsun,
Villi әldәn buraxmamaq!.. Con Bils isә, atam balası, yenә ona
mәktub yazdı… bu dәfә lap kәskin yazdı… çünki daha bıçaq
sümüyә dirәnmişdi… “Bir qәrara gәl, – yazırdı, – tez hәll elә ki,
neylәmәk fikrindәsәn… çünki daha dözә bilmirәm… özün seç:
ya öz xoşunla gәlәcәksәn, ya da özüm gәlib sәni aparacağam…
amma onu da bil ki, dalınca әliboş gәlmәyәcәyәm… vә vay o
lәnәtәgәlmiş amerikalının halına”.

…hә… amma o, әrinә cavab yazmadı… uzun sözün qısası,
bala, Con Bils, axır ki, gәlib çıxdı… qatara minib onu aparmaq
üçün ora gәldi... qoca missis Meyson da bunu danışanda yarpaq
kimi әsim-әsim әsirdi...

– Oy, Eliza, o nә dәhşәt idi?.. Eler yuxarıda kilidlәnib yerindәn
tәrpәnmәdi. Con isә cibindә güllәylә dolu tapança, aşağıda –
qonaq otağında dәli kimi oyan-buyana yeriyә-yeriyә deyir: “Yarım
saata hazır olmasa, Villin beynini tökәcәyәm, sonra qoy lap
assınlar mәni!..” …Villsә meyit kimi saralmışdı… – qarı deyirdi.
– Con yumruqlarını düyünlәyib otaq boyu var-gәl elәyirdi...
Elerin isә heç nә vecinә deyildi… Conla getmәk istәmirdi,
vәssalam... amma belә oldu ki, axırda Eleri birtәhәr yola gәtirdilәr…
әslinә qalanda, Eler dә başa düşürdü ki, getmәk lazımdı, yoxsa
qan tökülәcәk… bir sözlә, әrinә qoşulub Tennesiyә qayıtdı…
vә… Bala, bala, bala!.. Sәn bir görәydin, o necә, necә kәdәrli
idi?!. Necә әsәbi idi… yeri-göyü lәnәtlәyirdi… getmәk istәmirdi
axı!.. Biz evlәnәnәcәn bax belә müsibәtlәr olub… Eler hәlә
sonralar da – biz evlәnәndә dә atana mәktub yazmağından
qalmırdı… mәktubu mәktuba calayırdı... axırda bu qәrara gәldim
ki, Con Bilsә yazıb xәbәrdar elәyim ki, arvadı özünü lәyaqәtsiz

45
   40   41   42   43   44   45   46   47   48   49   50