Page 48 - tomas
P. 48
as Vulf

onlar mәnim bütün qanımı içiblәr… – deyir, – indi dә oturub can
üstә xırıldamağıma baxırlar… Elә bilirsiz, bu müsibәt birinci
dәfә başımıza gәlirdi?.. Ambroz Reyker deyir.

– Necә ki?.. – deyirәm… özümü dә elә göstәrirәm, guya
mәn dә nә isә bilirәm… – demәk istәyirsiz ki, әvvәllәr dә belә
dәlilik elәyirdi?..

– “Elәyirdi dә” sözdü?.. – deyir. – İnanın mәnә, bu, möcüzәli
bir işdir. Burda nә isә anlaşılmazlıq, qәribә bir tapmaca var… –
deyir, – elә bil, hәqiqәtәn dә, çinlilәrin әlindәn yanıqlıdı…
görünür, onların nә vaxtsa pisliyi dәyib әrinizә.

– Yox, sizә elә gәlir, – deyirәm, – özüm dә gözünün içinә
baxıram. – Dәyibsә dә, hәr halda, bu dünyada dәymәyib –
deyirәm.

– Nә?.. Siz nә demәk istәyirsiniz?.. – o soruşur… – eşidirsәn,
oğul?.. Özü dә mәnә belә birtәhәr, şübhәylә baxır…

– Bundan artıq bir söz deyә bilmәrәm, – deyirәm, – amma
elә şeylәr var ki, siz başa düşmürsünüz.

– Demәli, siz dә ondan belә şeylәr eşitmisiniz?.. – deyir.
– Hә, – deyirәm vә daha heç nә danışmıram.

***

…Mәn, әlbәttә, ona elә şeylәr deyә bilәrdim, amma yaxşı-
yaxşı götür-qoy elәyib fikirlәşdim ki, mәnası yoxdu… atan da:
“yaxşı ki, onlara heç nә demәmisәn, düz elәmisәn – dedi. – Bәs
mәnә deyә bilәrsәn, bütün bunların sәbәbi nәdi?..” …Mәn isә
hәr şeyi aydınlaşdırmaq istәyirdim… Bala, bala, bala… axı sәn
bilmirsәn o acıq, o dәhşәtli nifrәt onun qanındaydı!..

– Qulaq as, mister Qant, çinlilәrә qarşı belә acıqlı olmağına
bir sәbәb olmalıdı, ya yox?.. – deyirәm ona. – Bәlkә, birinin sәnә
bir pisliyi dәyib?.. Bәlkә, onlarla bir tanışlığın var?..

Başını yellәdi:
– Yox, – deyir, – birini dә tanımıram, amma ömrüm boyu
onlara nifrәt elәmişәm. Lap uşaqlıqdan, Baltimor küçәsindә

48
   43   44   45   46   47   48   49   50   51   52   53