Page 43 - tomas
P. 43
Dünyanın hörümçək toru
bütün olub-keçәnlәr kişinin yadına düşdü… vә atan o qadına o
qәdәr nifrәt elәdi ki, heç kәlmә belә kәsmәdi… papağını götürüb
çıxmaq istәyәndә Eler qalxıb qabağını kәsdi… başında da Lili
Lenqtrininki kimi şlyapa… saçı kәkilli… kişini qucaqlayıb
mәlahәtli sәslә:
– Yәni mәni bircә dәfә dә öpmәyәcәksәn, Vill?.. – dedi…
Uff!.. Sәn bir buna bax!.. Әclafın biri әclaf!.. Gәrәk atan
hәmin dәqiqә boğazını üzәydi onun, vәssalam!.. Deyir:
– Mәgәr biz dost ola bilmәrik, Vill?..
Eşidirsәn?.. Bu, onun çıxardığı bütün hoqqalardan sonradı
ha… qayınanasının, arvadının gözü qabağında atana yaltaqlanır,
oyun çıxardır...
– Gәl köhnәlәri – deyir, – yada salmayaq… – mәcbur elәyir
onu öpsün vә sair vә ilaxır...
– Yaxşı olur sәnә, – atana dedim, – çünki axmaqsan!.. Elә
belә demәyiblәr, Allah әvvәl adamın ağlını alır, sonra canını. O
da bunu boynuna aldı, razılaşdı mәnimlә, “haqlısan”, – dedi…
Bir sözlә, onunla bax belәcә birlәşdilәr…
…bu Eler Bils, bilirsәn, belә qarasaç, dәrisi ağappaq qadınlardan
idi… dәrisi ağ, saçları vә gözlәri qarğa qanadları kimi qapqara…
şirin danışığı vardı... sözlәri belә yuxulu-yuxulu, tәnbәl-tәnbәl
elә deyirdi, elә bil yatıb-yatıb yuxudan indicә oyanmışdı... mәn
onu lap birinci dәfә görәndә başa düşdüm ki, murdar qadındı…
gәzәyәnin, tәrbiyәsizin biridi... fikri-zikri elә buydu ki, bir kişi
әlә keçirib diqqәtini özünә cәlb elәsin, sonra da bacardıqca
soysun onu... әlbәttә, gözәl qadın idi, buna söz yox… bәdәni
yaxşıydı, qaymaq kimi, lәkәsiz dәrisi vardı... amma sonralar
lovğalanıb özünü tәriflәmәyә başlayanda ki, “belә gözәlәm”,
“belә yaraşıqlıyam”, “belәyәm, elәyәm”, “әlbәttә, – deyirdim, –
mәlum mәsәlәdi ki, biz dә әlimizi ağdan-qaraya vurmasaydıq,
sәndәn dә gözәl olardıq… paltar yumaq, xörәk bişirmәk, uşaq
saxlamaq olmasaydı…” Tәbii ki, mәnimlә razılaşırdı. “Hә, –
deyirdi, – haqlısan”.
…sәn bir buna bax!.. Bu qancıq gözümün qabağında min
oyundan çıxır… özünә min bәr-bәzәk verib tumarlanır ki, atanı
43