Page 38 - tomas
P. 38
as Vulf

– Bilirsәn, – deyir, – o birinci nikah mәnim sәhvim idi. Mәni
istәmәyә-istәmәyә o qızla evlәndirmişdilәr.

…daha istәmәdim deyib qanını qaraldım, odu ki:
– Yaxşı, – deyirәm, – sәndәn bircә söz soruşmaq istәyirәm,
bilmәk istәyirәm, aranız niyә dәydi onunla?.. Niyә boşandınız?
– Yәqin, özün dә oxudun… qәrarda yazılıb ki, xasiyyәtlәrimiz
tutmur, o, mәnә qadınlıq elәmәkdәn imtina edir… O, ayrı adamı
sevirdi… Mәnә dә onun acığına әrә gәlmişdi… Ona görә dә elә
birinci gündәn yovuşmurdu mәnә. Biz onunla bircә dәqiqә dә әr-
arvad kimi yaşamadıq.
– Boşanmanı kim tәlәb elәdi?.. – soruşuram. – Sәn, yoxsa
o?..
O fikirlәşmәdәn:
– Mәn. Mәn boşandım, – dedi.
Yenә özümü qәtiyyәn itirmәdim, bircә kәlmә dә demәdim…
amma bilirdim, bilirdim, yalan deyir... kağızı әvvәldәn-axıracan
oxumuşdum… arvadı boşanmışdı ondan. Meqqi Eferd boşanmağa
can atırdı… vә bu, ağ kağızın üstündә qara hәrflәrlә aydınca
yazılmışdı... amma sәsimi çıxarmıram, qoy ardını danışsın,
deyirәm.
– Deyirsәn ki, onunla heç vaxt әr-arvad kimi yaşamamısan? –
soruşuram.
– Bircә dәqiqә dә, – deyir. – İstәyirsәn, and içim!..
– Daha bu, lap ağ oldu… – öz-özümә deyirәm… – bu boyda
da gop olar?.. Bu yandan missis Meyson o qızdan danışırdı ki,
belә gözәgәlimli, müstәqil bir qız idi… ona әrә gedәnәcәn
(fәlakәt dә elә burasındaydı ki, atan mәcbur olmuşdu onu alsın)
cavanların әlindәn tәngә gәlirdi...
İndi baxıram ona, başımı yellәyirәm.
– Xeyr, cәnab Qant, – deyirәm, – sәnә inanmıram. Nә nağıl
açmısan burda?.. Sәn, – deyirәm, – mәnim başımı piylәmә
burda!.. Mәnә nağıl danışma!.. Qadınla on sәkkiz ay bir yerdә
yaşayasan, bircә dәfә dә ona әl vurmayasan?!.. Axı sәni tanıyıram, –
deyirәm, bilirsәn, özüm dә düz gözünün içinә baxıram, – sәni
yaxşı tanıyıram, bilirәm ki, kim dә olmasa, sәn sakit dayanan

38
   33   34   35   36   37   38   39   40   41   42   43