Page 33 - tomas
P. 33
Dünyanın hörümçək toru
Onunla dil tapmaq mümkün olan iş deyil. Bilmәk olmur, bircә
dәqiqәdәn sonra nә oyun çıxaracaq. Yo-ox, – deyir – onunla yola
getmәk çәtin mәsәlәdi. Bilirsiz, – deyir, – bir dә görürsәn, ağlına
elә şeylәr gәlir ki, Allah, sәn özün saxla! Heç vaxt da bilmәk
olmur, sonrası nolacaq. Yadımdadı, bir dәfә – Ambroz deyir, – o,
Lidiya barәdә nә isә danışıb-danışıb qara-qışqırıq saldı. And da
içirdi ki, guya o, qәbirdәn çıxıb kölgә kimi onun dalınca sürünür,
gecә-gündüz dinclik vermir ona. Bir dә görürdün, oturduğu
yerdә: “Odu bax!..” – qışqırır, – “Odu-odu, görmürsәn?..” Әliylә
dә künc-bucağı göstәrir… sonra da deyir ki, “o, mәnim arxamda
gizlәnib” vә boylanıb dәli kimi ora baxır. “Yox, әşşi, – deyirәm, –
orda heç kim yoxdu… gözünә görünüb”. O isә qışqırıb: “Yalan
deyirsәn!” – mәnә deyir, – “Sәn iblissәn, qәsdәn onu gizlәdirsәn.
Çәkil, – deyir, – yoldan. Yoxsa öldürәrәm!..” Sonra bir dә gördük
sıçrayıb ayağa durdu, yarıyacan dolu litrlik şüşәni necә başıma
tolazladısa… Sözün qısası, böyük şeydi ki, – deyir, – ölmәdim.
Bir dә görürәm, – deyir, – şüşә üstümә gәlir… elә başımı
әymişdim ki, rәfdәki stәkanlar çilik-çilik oldu, sonra da dizi üstә
çöküb yalvarmağa başladı ki, Lidiya!.. Lidiya!.. De ki, mәnim
günahımdan keçirsәn, әziz balam... Sonra Lidiyanın gözlәrindәn
danışırdı… “Odu bax!.. Gözlәri mәni yandırıb-tökür! Görmürsәn
nәdi?.. Ay Allah, mәnә yazığın gәlsin!.. – qışqırır. – O, qәbirdәn
qayıdıb gәlib ki, lәnәtlәsin mәni!” Adam ona qulaq asanda ayağı
yerә yapışır, – deyir. – Mәnim zәncim Dan isә qorxudan aradan
çıxdı… Sonra iki gün ilim-ilim itdi. Siz ki bilirsiz, – deyir, –
zәncilәr necә dindardılar, belә şeylәri eşidәndә qorxudan bağırları
çatlayır.
– Orası elәdi, – deyirәm, – amma öz aramızdı, bu, adi
dindarlıqdan savayı, bir şey deyil.
Onda Ambroz belә qәribә baxışlarla baxdı mәnә… çox
qәribә… vә deyir:
– Nә mәnada, Eliza?.. Axı siz bilirsiz ki, әslindә, belә deyil!..
– Necә deyim, – cavab verirәm, – mәn sizә olduqca qәribә
әhvalatlar danışa bilәrdim… Danışa bilәrdim, öz gözümlә nәlәr
görmüşәm… – deyirәm, – Amma bilirәm ki, siz bunu da, necә
deyәrlәr, o dünyadan gәlәn sәslәr kimi izah edәcәksiz.
33