Page 31 - tomas
P. 31
Dünyanın hörümçək toru

– Yox, – deyir, – görmәdin necә and içdi ki, gedib yer
qazaram, hamballıq elәyәrәm, hamısını qәpiyinәcәn qaytararam?..

– Bәs elә deyәcәk dә, – deyirәm, – sәn dә o qәdәr sәfehsәn
ki, buna inandın, hә?..

– Eybi yox, – atan dedi. – Qoy bu, mәnә dәrs olsun. Çәtin ki, –
deyir, – bundan sonra mәni bir adam aldada bilә.

– Yaxşı, – deyirәm, – yaşayarıq, görәrik.
…amma heç iki il keçmәmişdi ki, Rufus Porter onun başına
yenә oyun açmaq istәdi… insanda hәyasızlığın dәrәcәsinә bax
ki, atanın kabinetinә girib bu dәfә beş yüz dollarlıq vekseli
imzalamağı xahiş elәdi… atan da elә hirslәndi ki, onun boynunun
ardından yapışıb sürütlәyә-sürütlәyә düz meydana apardı, yerә
yıxıb:
– Sәni bir dә buralarda görsәm ha, qotur kaftar…
…bax lap elә belә dә demişdi… atanın danışığını bilirsәn dә.
Hirsi vurdu beyninә, qurtardı…
– Sәni öldürәcәyәm!.. – atan dedi.
Bәli!.. Bu yandan da, sәn demә, şәhәr sovetinin pillәkәnindә
polis rәisi Bill Someyzers durubmuş vә hәr şeyi görürmüş…
üzünü atana tutub:
– Bax belә, mister Qant, – deyib, – Bir dә o, buralara gәlsә,
sizә canla-başla kömәk elәyәrәm. Siz, – deyib, – lap әcәb
elәyirsiz, amma heyif ki, bu gün öldürmәdiniz onu.
Atan evә gәlib bunu mәnә danışanda:
– Hә… – dedim, – Düz sözә nә deyim?!. O әclafı elә
yerindәcә gәbәrtmәk lazım idi. Gәrәk elә dә elәyәydin. Gorbagor
olaydı.
Elә pis olmuşdum… Bir özün fikirlәş, evdә altı uşaq, atan da
pulunu bu avara әyyaşa verir… Belә sarsaqlığına görә az qalırdım
boğam onu.
– Yaxşı oldu, – dedim, – ona. Qoy sәnә dә dәrs olsun.
Bundan sonra qәpiyinin qiymәtini bilәrsәn. Vә ümumiyyәtlә,
mәnә demәdәn heç kimә borc vermә. Ailәli adamsan, körpә
balaların var… Sәnin borcun – ancaq onların qayğısına qalmaqdı.
…söz verdi ki, bir daha belә şeylәr elәmәyәcәk, mәn dә,
görünür, ona inandım… amma bu söhbәtin üstündәn heç üçcә

31
   26   27   28   29   30   31   32   33   34   35   36