Page 35 - tomas
P. 35
Dünyanın hörümçək toru
Arturun yanında daşyonan işlәyirdi… ştatın dustaqxanaları üçün
sifarişlәri yerinә yetirirdi vә mәnә elә gәlir, әvvәl-әvvәl heç
kimlә oturub-durmamışdı… axı o, xalis amerikalıydı!.. O illәr
dә, o rekonstruksiya dövrü hamının acığı içinә yığılmışdı axı...
Bәs necә?!. Özünün dә… demәli, Baltimordan Cәnuba köçәndә
bizә necә acığı tutmuşdu?!. Deyirdi, bura tamam tәsadüfәn gәlib
çıxıb…
– Әvvәl qәti qәrara gәlmişdim ki, – deyir – Qәrbә qaçım…
…oralara uşaqlıqdan can atırdı.
– …vә әgәr Con Artur mәktub yazıb mәni bura işlәmәyә
çağırmasaydı, yәqin ki, gedәcәkdim.
…biz isә… Off!!.. O, bizә “lәnәtәgәlmiş üsyankarlar” deyir-
di… deyirdi, bizi dar ağacından assalar da, azdı… Bәs nә?!.. Axı
onlar Len vә Cefferson Devisi satqın kimi dama basmaq
istәyirdilәr!.. Üstәlik dә, onun böyük qardaşını Qettisberq altında
öldürmüşdülәr… ona görә bizi görmәyә gözü yox idi, bildin?..
Hәr şeyi bilәndә isә elә bil içindә nәsә alt-üst oldu, hökumәti
lәnәtlәdi ki, gör bir nә dәrәcәyә çatdırıblar, zәncilәr öz qanunçuluq
iclaslarını keçirirlәr… o, belә şeylәri Sidneydә dә çox görmüşdü,
sonra Kolubusada, Cәnubi Karolinada Con Artur üçün dustaqxana
tikәndә dә... dәhşәt idi… qapqara zәncilәr içib keflәnirdilәr,
alәmi yeyib-dağıdırdılar, hökumәtin pulunu göyә sovururdular…
әyinlәrindә napnazik mahud, damaqlarında da, bәxtәvәr başımıza,
siqara ayaqlarını stolun üstünә tirlәdib otururdular… murdar
mәxluqlardı... mәgәr bütün bunları biz Tom Diksonun “Millәtin
yaranması”nda oxumamışıq?.. Hә, atan deyirdi, hamısı başdan-
ayağa hәqiqәtdi... mәnsә hәyatda bundan daha dәhşәtli şeylәr
görmüşәm, bala...
….bir sözlә, atan bu tәrәflәrdә bax belәcә peyda oldu…
sonra qoca missis Meysongilә köçdü… onu kirayәnişin götürdülәr,
bilirsәn?.. Qarı sonralar onu çox tәriflәyirdi… deyirdi, “o, bizә
köçәndә elә sevinirdik!.. Tәk-tәnha yaşayırdıq, – deyir, – kişisiz
ev bir qәpiyә dәymәz. Onunla özümüzü rahat hiss elәyirdik. Sizә
deyim ki, – deyir, – evdә belә kişinin olması çox yaxşıdı. Әşşi,
nә deyim, vallah, hәlә ki, rastıma ikinci belәsi çıxmayıb” – deyir.
35