Page 34 - tomas
P. 34
as Vulf
Onda onun üzünü görәydin!.. Gözlәrini üzümә zillәyib:
– Lidiya kimdi?.. – deyir. – O qadın onu tanıyırdı?..
– Hә, – deyirәm, – tanıyırdı, hәlә sizinlә tanış olmamışdan
çox-çox әvvәl.
– O hansıdı, ölәn arvadıdı?
– Hә, – deyirәm, – odu. Özüdü ki var. Onun da – deyirәm, –
yada salası, heyifsilәnәsi çox xatirәlәri var.
Mәn daha heç nә demәdim... ona başa saldım ki, atanın hәlә
iki arvadı da vardı, amma demәdim ki, Lidiya ilә evlәnmәmişdәn
әvvәl ştatın şәrq hissәsindә bir qadınla boşanmışdı, evdә isә
ancaq Lidiya haqqında bilirdilәr… onda evdәkilәrә Meqqi Efferd
barәdә danışmağa, yәqin, utanmışdım, o vaxtlar boşanmış kişi
ilә yaşamaq biabırçılıq sayılırdı. Boşanmış qadını isә... az qala,
fahişә hesab elәyirdilәr. Bunu toydan әvvәl bilsәydim, әrә
getmәzdim ona… Yüz il qala, özümü bu qәdәr alçaltmazdım. O
isә, mәlum mәsәlәdi ki, mәnә heç nә demәmişdi. Bir kәlmә belә
olsun!.. Mәn mәsәlәdәn hali olanda toyumuzdan artıq bir il
keçmişdi…
…toydan sonra isә dedi… axır boynuna almalı oldu… İlahi?!.
Qoca Missis Meyson... mәnim balam, onun haqqında tez-tez
fikirlәşirәm!.. Yazıq qarı nә qәdәr dәrd çәkdi?!. Toydan bir il
sonra bizә köçdü… istәyirdi ki, oğlunun yenidәn necә yerbәyer
olduğunu öz gözlәriylә görsün… ailәdә bir әmin-amanlıq
yaransın… Eler Bils yenә Conla birlәşsin… Conla Lidiya onun
birinci әrindәn olan uşaqlarıydı… Bils familiyası idi…
Bir gün o:
– Eh, Eliza, mәn sәnә әlimdәn gәlәn kömәyi elәyәcәyәm.
Qız ondan uzaqlaşsa, sakitlәşәr. Onları ayıra bilsәydim… Onu
Conun yanına qayıtmağa vә әxlaqlı qadın kimi yaşamağa razı
sala bilsәydim, elә bilәrdim, hәyatım әbәs keçmәyib. Sakit
ölәrdim… – deyirdi vә ağlayırdı… elә ağlayırdı…
…sәn bilmirsәn, bilmirsәn, mәn nәlәr çәkmişәm, oğul….
Bax elә onda o, hәr şeyi mәnә danışdı, başa düşdün?.. Onunla
necә tanış olmaqlarını, ilk dәfә Sidneydә – onların evinә köçәndә
görüşmәklәrini… onda atan Cәnuba yenicә köçmüşdü, orda Con
34