Page 37 - tomas
P. 37
Dünyanın hörümçək toru
deyirәm... özüm dә düz gözünün içinә baxıram. – O özü, yüz il
qala, bu barәdә mәnimlә kәlmә dә kәsmәyәcәkdi… Oturub
gözlәsәydim belә, yenә bir şey bilә bilmәyәcәkdim... Bu mәsәlә
tam tәsadüfәn – toydan bir neçә ay sonra mәnә mәlum oldu.
…bir dәfә bizim o qoz ağacından olan taxçanın alt gözünü
sahmana salırdım… istәyirdim onun köynәklәri üçün yer
boşaldam… bir dә görürәm, köhnә mәktublarla, kağız-kuğuzla
dolu bağlama... nә vaxtsa gizlәdibmiş… olsun, yandırmaq
istәyirmiş… mәktubları çıxarmazdan әvvәl fikirlәşdim ki, oxuma-
yacağam, sobaya atıb yandıracağam… amma sonra deyirәm, bәs
onda niyә bunları burda gizlәdib?.. Olsun, ona görә ki, mәhv
elәmәk istәyib... elә bil ürәyimә dammışdı… bilmirәm, buna nә
deyirlәr… elә bil göylәrdәn xәbәr gәldi mәnә… vallah, onları
Allahın әmriylә tapdım!.. Sonra da baxıb görürәm, bunlar nә
olsa yaxşıdı?.. Baxıb görürәm, Meqqi Eferdlә boşanma haqqında
sәnәdlәr!.. Buyur, axşamın xeyir...
…hә, nә isә… axşamacan gözlәdim özü gәlsin… demәk,
sәnәdlәri dә bax belә, әlimdә saxlamışam…
– Bura bir bax, – deyirәm ona, – sәnin siyirtmәni yığışdırırdım,
әlimә köhnә kağız-kuğuz keçdi. Bunlar sәnә lazım deyil ki?!.
…özümü dә heç itirmirәm, bilirsәn?.. Elә dә baxıram ona,
guya heç nә başa düşmürәm… Heyif ki, onun o üzünü görmәdin,
bala!..
– Ver bura onları, – deyir. Әlimdәn qamarladı. – Oxudun?..
…mәnsә bircә kәlmә dә dinib-danışmıram, elә belәcә dayanıb
dinmәzcә üzünә baxıram…
– Bilirsәn, – deyir, – neçә vaxtdı elә hazırlaşırdım sәnә
deyim, amma qorxurdum, birdәn ayrı cür başa düşәrsәn.
– Axı burda ayrı cür başa düşmәli nә var ki?.. – deyirәm!
…burda ağın üstündә qarayla yazılıb ki, sәn evli olmusan,
boşanmısan... mәnә isә bu barәdә bircә kәlmә dә demәmisәn…
mәn sәnә әrә gәlәndә elә bilirdim, dulsan… elә bilirdim, mәnә
qәdәr bircә arvadın olub – Lidiya… bax bunu mәn yenә başa
düşürәm...
37