Page 36 - tomas
P. 36
as Vulf

Әlbәttә, onunla necә razılaşmayasan axı, hәr nәyi varsa da,
avara, köntöy dә olsa, yer üzündә onun kimi ailәcanlı adam tap-
mazsan!.. Gör sәnә nә deyirәm, oğul, atan o evdә hәr işin
öhdәsindәn gәlirdi… nә istәsәn, düzәldirdi, yamayırdı… bir
sözlә, әllәri qızıl idi... onu da deyim ki, bala, hәr sәhәr mәtbәxә
düşәndә bir dә onu görürdüm, pilәtә, budu ha, gurhagurla yanır…
tay alışqanla qurdalamaq, nәyisә gözlәmәk lazım deyildi…
bilirsәn, o, yemәyi çox xoşlayırdı, ona görә dә hәmişә pilәtәni
mәnim üçün hazır vәziyyәtdә saxlayırdı.

– Ay Allah, – deyirdim, – sәn ki odu belә qalayırsan, onu elә
nәnәm dә elәyәr. Yarım bidon nöyütü odunun üstünә әndәrәndә
belә olacaq da!.. Allahdan qorx!.. – qışqırırdım… – Axır, günlәrin
bir günü hamımızı yandıracaqsan, özüm ölüm!..

…bala, bala, bala!.. Bircә onun o bәdxәrcliyi olmayaydı!.. O
sәfeh әliaçıqlığı olmayaydı!.. Of-of-of!.. Soba elә guruldayırdı,
uğultudan bütün ev titrәyirdi... Amma bax burda haqqına demәk
lazımdı… burda mәsәlәyә bir az soyuqqanlı yanaşmaq lazımdı,
oğul… tәkcә onu günahlandırmaq olmaz… günah tәkcә onda
deyildi… bunu qarı da boynuna almışdı…

– Siz bir qulaq asın, missis Meyson, – deyirәm ona, – sizin
evә köçәn o adam haqqında heç nә bilmәmәyiniz ağlabatan deyil
axı... Axı o, sizin şәhәrdә yaşayırdı vә yәqin ki, onunla Meqqi
Eferd barәdә hәlә o sizә köçәnә qәdәr nәsә eşitmişdiniz!.. Axı
belә balaca şәhәrdә yaşaya-yaşaya, heç cür inana bilmirәm ki, bu
boyda söz-söhbәt qulağınıza çatmayıb. Siz mütlәq nә isә bilirdi-
niz!

…bax burda o, hәr şeyi boynuna almalı oldu.
– Hә, bilirdik. – deyir.
…düzdü, camaat deyirdi, o, onunla evlәnmәyә mәcbur
olmuşdu... özü dә qızın atasıyla qardaşları mәcbur elәmişdilәr…
vә mәnә elә gәlir, mәhz buna görә dә qıza nifrәt elәdi... görünür,
elә buna görә dә boşandı… demәli, indi düz onun gözünün içinә
baxa-baxa deyirәm:
– Demәli, siz mәnә o boşanmış kişiyә әrә getmәyә elә-belә
icazә verdiniz!.. Niyә bu haqda mәnә heç nә demәdiniz?.. –

36
   31   32   33   34   35   36   37   38   39   40   41