Page 32 - tomas
P. 32
as Vulf

gün keçmәmişdi ki, bir dә gördüm, bәli, lül-atәş evә qayıtdı…
heç ayaq üstә dayana bilmirdi... yadıma gәlir, Ambroz Reydikerin
qәlyanaltıxanasından bizә xәbәr göndәrmişdilәr ki, gәlib aparaq
onu, özlәri heç cür yola gәtirә bilmirlәr... Mәn dә getdim... ay
Allah?!.. Yox bala, sәn onun qoca, әldәn düşәn vaxtlarını
görmüsәn… hәlә onda deyirdin, daha bundan pis ola bilmәz...
bala-bala, әgәr sәn bilsәydin?!. Sәn onu heç vaxt o vәziyyәtdә
görmәmişdin axı?!. Reydikerin yolladığı hәmin o zәnci dedi
mәnә… indiki kimi yadımdadı, ucaboy, sarışın, axsaq zәnci…
hәmin o qәlyanaltıxanada işlәyirdi… qaça-qaça gәlib xәbәr verdi
ki, “atan dörd kişinin payını içib…” dedi ki… eşidirsәn?.. Atanın
piştaxtaya yaxınlaşıb iki şüşә çovdar viskisini bir dәfәyә başına
çәkmәyini öz gözlәriylә görüb…

– Nә danışırsan?.. – Ambroz Reydikerә deyirәm. – O istәdi,
siz dә verdiniz?.. Sizin, – deyirәm, özüm dә düz gözünün içinә
baxıram… Üz-gözü dә elә gündәdi, elә bil әzizi ölüb, bu göy
haqqı!.. Sizin dә, – deyirәm, – eviniz, arvad-uşağınız var. Amma
vicdanınız yoxdu. Utanmırsız, – deyirәm, – evli-ailәli adamın
cibini soyursuz?.. Sizin kimilәrin, – deyirәm, – başına it oyunu
açıb, buralardan qovmaq lazımdı!..

…düzdü, mәn dә tay lap ağ elәdim, amma ona elә belә dә
dedim… ola bilsin, xәtrinә yaman dәydim… o, bir dәqiqә sus-
du… amma onu da deyim, üz-gözü әyildi… Kxx!.. Bir günә
düşdü ki, yerә girsәydi, ondan yaxşıydı… sonra bir az elә bil
özünә gәldi...

– Siz nә danışırsız, Eliza!.. – deyir. – Bizә onun pulu lazım
deyil. Ehtiyacımız da yoxdu. Sizin ürәyiniz düz gәlsin biznәn.
Bizә – deyir, – çox adam gәlib-gedir, yeyib-içirlәr. Hamı da
özünü adam kimi aparır. Axı özünüz dә yaxşı bilirsiz ki, onu biz
yoldan çıxarmırıq. Vallah, mister Qant and içsәydi ki, bir daha
dilinә vurmayacaq, sonra dediyinin üstündә dә dursaydı, mәn –
deyir, – dünyanın әn xoşbәxt adamı olardım. Çünki o cür adamın
gәrәk dilinә bircә damcı da dәymәyә Yaxşı, bir qәdәh içdin,
çıxdın getdin işinә… Bu isә yox… Onun üçün bir qәdәh nәdi
ki?.. Bunu özünә dә demişәm. Dedim, “sәnә yarım şüşә lazımdı
ki, ağzın dada gәlә, ardından da ki, – dedim, – Allah saxlasın”.

32
   27   28   29   30   31   32   33   34   35   36   37