Page 28 - tomas
P. 28
as Vulf
– Eh, Vill, – Vill… – o deyib… özü dә dayanıb başını
yellәyib, – әgәr bilsәydin… bilsәydin, sәnә necә paxıllığım
tutur?!. Әlindә gül kimi sәnәtin, nә dәrdin var, nә sәrin. Sәninlә
yerimi dәyişmәk üçün bütün dünyanı verәrdim.
– O nә demәkdi?.. Mәnnәn yerini niyә dәyişәsәn ki?.. – atan
deyib. – Sәn tәcrübәli vәkilsәn, mәnimsә әllәrim döyәnәyә
dönüb. Sәhәr-axşam sifariş gözlәmәkdәn zinhara gәlmişәm…
Sifariş dә ki bir gün var, bir gün yox… Mәnim günüm itin
günüdü, – atan deyib.
…lap elә belә dә demişdi… bilirsәn dә, o necә danışırdı?..
Baltanı kökündәn vururdu rәhmәtlik… sözdәn ötrü heç vaxt
mәәttәl qalmazdı...
– Hә, – deyir. – Bir qәlәtdi elәyib bu işin ucundan yapışmışam.
İndi sәhәr-axşam gözlәyirәm kimsә ölәcәk, sifariş verәcәk...
Ölәn dә yoxdu. Ya da bir dә gördün, kimsә öldü… qohum-
әqrәbası isә sifarişi qonşuna verdilәr. Әgәr mәn ömrümü mәnalı
keçirmәk istәsәydim, özümә yaraşan bir mәşğuliyyәt seçәrdim…
sәnin kimi, hüququ öyrәnib vәkil olardım.
…amma sәnә deyim, camaat da bunu deyirdi... deyirdilәr,
“mister Qantın çox sәrbәst, ahәngdar nitqi var, ondan, öz aramızdı,
gözәl vәkil çıxardı...”
– Eh, Vill, Vill, – bu birisi deyir, – sәn nә danışırsan?.. Gәrәk
bir yeyib, beş Allah yolunda nәzir verәsәn ki, bu sәnәtә
yiyәlәnmisәn, bir tikә çörәk qazanmağı fikirlәşirsәn. Gecә dә
evinә qayıdanda, – deyir, – yorğan-döşәyinә girib rahat yata
bilirsәn.
– Nә danışırsan, Mel?.. – atan deyir. – Sәnә nә gәlib axı?..
Sәndә söz var, deyәsәn, rәng-ruhundan görürәm…
– Eh, Vill, – bu biri deyir, – yaxşı deyiblәr, insan çiy süd
әmib. Mәn gecәlәri yatmıram, sübhün gözünü diri açıram...
…o gecә o, heç kәsin adını çәkmәmişdi… amma atan o
dәqiqә başa düşmüşdü ki, Ed Mirsdәn, Lourens Ueynedәn vә
dairә dustaqxanasında yatan o biri üç casusdan danışır…. bir
neçә gündәn sonra mәhkәmәdә onları müdafiә elәmәliydi… o
gecә dә, olsun ki, onların yanından qayıdırdı… atan baxan kimi
bilmişdi ki, ordan gәlir… çünki çәkmәlәri dә, şalvarının balaqları
28