Page 23 - tomas
P. 23
Dünyanın hörümçək toru

amma deyirdilәr, elә kәllәsi vardı ki, hәr şeyin altını-üstünü
kitablarsız da bilirdi… vә deyim ki, qocanın canı lap axırıncı
saatınacan sulu idi… Hә… günlәrin bir günü o, Semi yanına
çağırtdırıb deyir:

– Sem…
Sem dә yol gәlmәyindәn danışırdı… onda qoca zümzümә
elәyә-elәyә ocaq qaladı… sevinә-sevinә:
– Sem, – deyir, – elә sevinirәm gәlmәyinә. İstәyirәm, sәninlә
bir-iki mәsәlәni aydınlaşdıram.
– Nolar, lap yaxşı. – Sem mızıldanır...
– Bax, get o çarpayıya uzan, – qoca deyir, – sakitcә söhbәt
elәyәk özümüz üçün.

Semә dә elә bu lazım idi… Off, belә tәnbәlә dünyanın heç
harasında rast gәlә bilmәzsәn!.. Onunku odu ki, harda gәldi
özünü böyrü üstә yıxıb uzansın, ağzına gәlәni çәrәnlәsin. Amma
bu dәfә:

– Niyә? – Sem deyir. – Bu nә demәkdi axı?.. Nә baş verib?..
Xәstәlәnib-elәmәmisәn?..

– Yox, – Bill deyir, – mәn hәmişәki kimi sağlamam, amma
daha sizinlә qala bilmәyәcәm. Bu qәrara gәlmişәm ki, ölәm,
Sem, indi istәyirәm, gedәnәcәn ev-eşiyimi sahmana salım.

– Sәn nә danışırsan, ata?.. – Semin gözlәri kәllәsinә çıxır, –
nә haqda danışırsan, mәni bir başa sal görüm. Sәnin ki heç haran
ağrımır?!..

Bill:
– Nolsun ki… – deyir.
– Sәn hәlә çox yaşayacaqsan. – Sem deyir.
– Yox, Sem, – qoca başını belәcә yellәyir. – Mәn bu qәrara
gәldim ki, vaxtım çatıb artıq. Bilirsәn, yetmişi haqlamışam,
bәlkә, lap bir az da çox olar. Hiss elәyirәm ki, bu dünyada daha
mәnlik bir iş qalmayıb. Odu ki, bu qәrara gәldim.
– Bu qәrara gәldin?.. – Sem soruşur. – Hansı qәrara axı?..
– Necә hansı qәrara?.. Ölmәk qәrarına, Sem.
– Sәnә nolub ata, sәn nә danışırsan?.. Sәn ölә bilmәzsәn!
– Yox, – Bill deyir, – mәn günü sabah ölmәyi qәrara almışam.

23
   18   19   20   21   22   23   24   25   26   27   28