Page 21 - tomas
P. 21
Dünyanın hörümçək toru
Addi Patton da dağdan qaça-qaça gәldi… qorxudan elә bil
ayaqlarını hiss elәmirdi yazıq…
– Vay-vay, gәlirlәr!.. Babam orda tәkdi!.. – deyib çığırırdı. –
Onu öldürәcәklәr, öldürәcәklәr!..
…әlbәttә, biz onda bilmirdik ki, bu avara amerikalılar cәmi
ikicә nәfәrdi... elә bilirdik, onları bura Şermanın dәstәsi göndәrib...
Amma belә oldu ki, o birilәr hәlә bir hәftә gözә görünmәdilәr…
o iki quldur, görünür ki, özlәrini onlardan әvvәl yetirmişdilәr...
ola bilsin, istәyirmişlәr görsünlәr ki, çoxmu çapıb-talaya bilәrlәr…
hә… kişilәr görәndә ki onlar tәkdilәr, güllә atmağa başladılar…
amerikalılar da atların başını buraxıb nәfәslәri kәsilә-kәsilә
dağlara qaçdılar… bәs müharibәdәn sonra Bedford dairәsindәn
qayıdıb gәlәnlәr?.. Tәsәvvür elәyirsәn?.. Gәlib öz atlarını tәlәb
elәyirdilәr... hәr biri dә öz atını o dәqiqә tanıyırdı… deyilәnә
görә, hәmin o iki nәfәr qaçırdıbmış onları... әşşi, hansını deyim?!.
Bәs Amandu Stivens?.. Onun haqqında daha nәlәr danışmırdılar?..
Deyirdilәr, guya o, öz әllәri ilә Sevirin o biri sahilindәki körpünü
yandırmışdı vә guya Tennesidәn gәlәn әsgәrlәr orda buna görә
bir hәftәyәcәn lәngiyib, o üzә keçә bilmәmişdilәr... o isә dayanıb-
dayanıb onlara gülürdü… bir dә deyirdilәr, guya Amandu onlara
demişdi ki… İlahi?!. Deyirәm, ölsәm dә inanmaram ki, o, belә
bir şeyi dilinә gәtirә!.. Amma nә yalan deyim, ağzı yaman pis
idi, heç danışığını bilmirdi… sonra hamı birağızdan dedi ki,
guya Amandu qışqıra-qışqıra deyibmiş ki: “Ay camaat, yәni siz
bu boyda arxdan körpüsüz keçә bilmәyәcәksiniz?.. Eh, onda bir-
qәpiklik adamlığınız yoxdu!.. Bizdә, – guya deyibmiş, – bu
sahildәn o sahilә keçә bilmәyini kişi saymırlar!..” Onda amerikalılar,
әlbәttә ki, gülüşdülәr… Düz sözә nә deyәsәn?..
…vә… hә, sonra camaat amerikanların şәhәrә girmәyindәn
vә qoca Mekeri tutmaqlarından danışırdılar... mәnә elә gәlir, onu
dolamaq istәyirdilәr, çünki әslinә qalanda, ortada elә bir ciddi
şey yox idi... bilirsәn, belә nәhәng gövdәli, qәhvәyisifәt, buruqsaçlı
bir adamdı… belә söz gәzirdi ki, guya zәnciylә qarışığı var...
bunu özü dә boynuna alırdı… sәn bir tәsәvvür elә!.. Beyninә nә
girirdisә, amerikanlara gah belә deyirdi, gah elә... yәqin, elә
21