Page 16 - tomas
P. 16
rcümә: A.Mәsud

DÜNYANIN HÖRÜMÇӘK TORU
(roman)

–…o il… o çәyirtkә gәlәn il… hә, bu, mәhz hәmin o çәyirtkә
gәlәn ildә baş verdi… onda mәn iki sәs eşitdim… bala-bala-
bala!.. Sәn bir buna bax… gör bir çәyirtkәlәrin ağaclarımızı
yeyib lüt qoyduğu o vaxtlardan neçә illәr keçib… nәlәr olub, nә
qәdәr sular axıb?!.

– Kimdi orda?.. – deyirәm…
Deyir: “İki…iki”… o birisi deyir: “İyirmi… iyirmi”.
Onda mәn atana:
– İki!.. – qışqırıram. – İyirmi-iyirmi!.. Yәni eşitmirsәn?.. –
sonra yenә budu ha, eşidirәm… yenә bir sәs pәncәrәnin dalında
“İki… iki” – deyir, o birisi isә lap qulağımın dibindә “İyirmi…
iyirmi…” – pıçıldayır...
– Doğrudan, eşitmirsәn, mister Qant?!.. – deyirәm.
– Ay Allah, ay arvad, – atan deyir, – sәn canın, bәsdi!.. Nә
deyirsәn axı?!. Burda heç kim yoxdu!.. – deyir.
– Var axı! – deyirәm vә elә bu vaxt yenә eşidirәm… “İki…
iki…”, “İyirmi… iyirmi…”
– Budu bax, burdadılar!.. – deyirәm.
– Ay sәni, missis Qant, – atan deyir, – sәni qara basıb,
bayaqdan mürgülәyirdin, yәqin, yuxu görmüsәn.
– Yox, yox, – deyirәm, – yuxu görmәmişәm. Onlar burdadılar.
Dәqiq bilirәm, burdadılar.
…mәn hiss elәyirdim, bala, hiss elәyirdim… axı öz qulaqlarımla
eşidirdim!..
Atan deyirdi:
– Hamısı onnandı ki, boylusan, yorğunsan, әsәbisәn, qara
basır sәni…
Bu vaxt kilsә zәnglәri çalınmağa başladı… vә o, ayağa qalxdı
ki gedә…
– Aman Allah, getmә!.. – deyirәm ona. – Sәn Allah, getmә...

16
   11   12   13   14   15   16   17   18   19   20   21