Page 13 - tomas
P. 13
çülәrinә uyğun gәlmәyәn sirk ustaları (“Sәhәr erkәnin sirki”),
genişqәlbli, hәr şeylә maraqlanan fransız kәndli (“Günәş vә
yağış”), ağır işi olan xәyalpәrvәr maşinist (“Uzaqlardan vә
yaxında”) ilk baxışdan ötәri qeydlәrin qәhrәmanlarını xatırlatsalar
da, yazıçının bütün nәsri üçün xarakterik olan çox maraqlı
obrazlardır.

T.Vulfun “Vaxt da meşә zülmәti kimi qәribәdir” vә “Parkda”
hekayәlәri hәlә yazıçının sağlığında әdәbi şedevr kimi qiymәtlәn-
dirilib. Birinci hekayәdәki hәqiqi görüş T.Vulfun 1926-cı ilin
dekabrında Almaniyaya sәfәri zamanı Münhen dәmiryolu vağzalında
qarşılaşdığı sәhnәylә bağlıdır. 1933-cü ildә yazıçı hәmin sәhnәyә
qayıdaraq hәyatın bir parçasını tәsvir etmәklә yanaşı, tutqun
meşәlәri, sükut içindәki Alp mәnzәrәlәrini, kupedәki yol yoldaşı
ilә söhbәtlәrini (sonuncu epizodu illәr keçәndәn sonra artırıb) bir
hekayәdә birlәşdirib. Bu, insan hәyatının iki dövrünün açıq-
aydın ziddiyyәti, gәncliklә ahıllığın görüşüdür. “Park”da hekayәsi
isә yazıçının o vaxtacan qәlәmә aldıqlarına bәnzәmәyәn novella-
hekayәtdir. Hekayәt T.Vulfun tanışı Alisa Bernstaynın – missis
Ester Cekin dilindәn nağıl olunur. “Dön evinә bax, Mәlәk” roma-
nını hәsr elәdiyi, “Hörümçәk toru vә qaya” romanında ona
sevgisini qәlәmә aldığı Alisanın – Esterin bu hekayәtinin bitkinliyini
M.Perkins sezmişdi. T.Vulfsa 1932-ci ildә hәmin parçaya tәzәdәn
qayıdıb, sәhәr vә parkda oyanan quşlar barәdә epizodu әlavә
etmәklә gözәl novella yaratmışdı.

Yazıçı sonralar “Çikamoqa” hekayәsindә dә novella-hekayәt
formasından istifadә etdi. Bu dәfә 1860-cı illәrdә şimallılarla
cәnublular arasındakı dәhşәtli müharibә doxsan beş yaşlı fermerin
dili ilә nağıl olunur. Cәbhәyә “әylәnmәk üçün” gedәnlәri hәyatın
qәddar gerçәkliklәri dәyişdirir: cәsarәti dillәrdә dolaşan, yaşamağı
hәdsiz sevәn Cim hәlak olur, öz taleyinә etinasız münasibәt
bәslәyәn Consa sağ-salamat qayıdıb dostunun sevdiyi qadınla
evlәnir.

“Şir sәhәrçağı” hekayәsi Tomas Vulf yaradıcılığının yekunu
kimi qәbul olunur. Hekayә hәm yazıçının mәnәvi inkişafının,
hәm dә “kapitalist cәmiyyәtini yenidәn qurmaq” zәrurәtinә

13
   8   9   10   11   12   13   14   15   16   17   18