Page 9 - tomas
P. 9
ldi. Sonralar “Evә dönüş yoxdur” romanında Lis Edvard adıyla
anılacaq Perkins, Vulfun yazıb-doldurduğu “kağız yığınlarını”
oxuyub dәrhal әdәbiyyata bәnzәrsiz bir yazıçının gәldiyini duydu
vә onunla işlәmәk qәrarına gәldi. “Dön evinә bax, Mәlәk”
adlandırdığı hәmin roman üzәrindә bir müddәt işlәdilәr: Vulf
Perkinsin tәlәbi ilә müәyyәn ixtisarlar, yerdәyişmәlәr aparmalı
oldu; yazıçının qәlәmә aldığı dostların vağzalda vidalaşma sәhnәsi
120 sәhifәdәn, qadının evdә unutduğu bir şeyin ardınca qayıtma
epizodu 250 sәhifәdәn (!) beş-on sәhifәyә endirildi. Bu, әlbәttә,
uzunçuluq deyildi: Tomas heyrәtamiz tәfәrrüat ustası idi, hәyatı
bütün çalarlarıyla duya, nә vaxtsa gördüklәrini fotoqrafik dәqiqliklә
sözә çevirә bilirdi. Bütün ixtisar vә düzәlişlәrdәn sonra tәxminәn
800 sәhifә qalmış roman 1928-ci ildә – Böyük böhran әrәfәsindә
çapdan çıxdı vә dәrhal әdәbi alәmi tәlatümә gәtirdi. Hәlә otuz
yaşı tamam olmamış müәllifi Steynbek, Heminquey, Folkner,
Fitscerald, Dos Pasos, Sinkler Lüis kimi korifeylәrlә bir sıraya
qoydular, әsәri isә “Böyük Amerika romanı” adına namizәdlәr
arasında göstәrdilәr. Bu, әlbәttә, T.Vulfla yanaşı, M.Perkins
dühasının nәticәsi idi.
***
İlk romanının ağlasığmaz uğuru Tomas Vulfun hәyatında
çox şeylәri dәyişdirdi: Bruklindәki tәnhalıqdan qurtulub dünyaya
çıxdı, Avropanı dolaşdı, üstәlik, Alisa Bernstaynla әlaqәlәrinә
son qoydu; amma bu yaraşıqlı, istedadlı, hәdsiz işgüzar qadın
onun sonrakı әsәrlәrinin yazılmasında da “iştirak elәdi”. “Hörümçәk
toru vә qaya”, “Evә dönüş yoxdur” romanlarındakı missis Ester
Cek obrazı Vulfun ona münasibәtinin nәticәsi idi. Başqa alәmә
mәxsus olan Alisa ondan ötrü yad adama çevrilmişdi, artıq evli
qadınla münasibәtlәri әvvәlki kimi qala bilmәzdi. A.Bernstayndan
әvvәl dә, sonra da T.Vulfun hәyatında qadınlar olsa belә, evlәnmәdi,
ömrünü tәk-tәnha başa vurdu.
9