Page 5 - tomas
P. 5
YADDAŞIN İZAHOLUNMAZ TӘKANI
XX yüzilliyin Amerika әdәbiyyatını vә bütövlükdә dünya
әdәbiyyatını Folkner, Heminquey, Fitscerald, Selincer vә…
Vulfsuz tәsәvvür etmәk çәtindir. Cәmi otuz sәkkiz il ömür sürmüş
Tomas Geyten Vulf (1900–1938) qısamüddәtli, amma parlaq
yaradıcılığı ilә bәdii sözün imkanları haqqında tәsәvvürlәri daha
da genişlәndirdi.
O, ABŞ-ın Şimali Karolina ştatının kiçik vә sakit Eşvill
şәhәrindә doğulub, uşaqlıq vә yeniyetmәliyi sonradan әsәrlәrindә
dönә-dönә xatırlanacaq bu şәhәrdә keçib. Ailәlәrindә dünyaya
gәlmiş doqquz uşaqdan altısı sağ qalmışdı. Tomas ailәnin sonbeşiyi
idi. Alman mәnşәli atasının Eşvilldә kiçik emalatxanası, anasının
pansionu vardı. Tomas ailә büdcәsinә kömәk elәmәk üçün
dәrsdәnkәnar vaxtlarında qәzet satırdı, amma bu, onun orta
tәhsilini on beş yaşında tamamlamasına mane olmadı. Hüquqşünas
diplomu almaq üçün getdiyi Şimali Karolina Universitetindә
qaynar hәyata düşәn gәnc Tomas bir müddәt sonra tәhsilini
Harvard Universitetindә davam etdirdi. Onun әsas mәqsәdi burada
professor C.Bukerin rәhbәrliyi altında fәaliyyәt göstәrәn mәşhur
dramaturgiya seminarında (“Emalatxana 47”) iştirak etmәk,
yaradıcılıqla mәşğul olmaq idi. 1923-cü ildә tәhsilini başa vuran
Tomas yaradıcılığa çox vaxtı qalsın deyә Nyu York Universitetindә
ingilis әdәbiyyatından dәrs demәyә başladı. Nyu York Universi-
tetindә dә, sonralar yerlәşdiyi Bruklindә dә Tomas Vulf kasıb
mühacirlәr arasında yaşayırdı. Bu da onun dünyagörüşünün
formalaşmasına böyük tәsir göstәrmişdi.
Tomas Vulf dramaturq olmaq fikrindә idi, bu sahәdә ilk
qәlәm tәcrübәlәri dә vardı, amma ona әdәbi şöhrәti mәhz bәnzәrsiz
nәsri gәtirdi. T.Vulfun hekayәlәri, povest vә romanları 30-cu
illәrdә Amerikanı, az sonra isә Avropanı fәth elәdi, onun haqqında
dövrün böyük söz ustaları sanballı fikirlәr söylәdilәr.
5