Page 7 - tomas
P. 7
y haqqında” (1935) romanında bir daha üzә çıxardı. Hәmin üç
әsәrdә müәllifin avtobioqrafik cizgilәri dәrhal tanınır.
Sakit әyalәt şәhәrciyindәn vә ştat universitetindәn sonra
Amerikanın әn qaynar guşәsinә, yeniyetmәlik çağlarında arzuladığı
“Qızıl şәhәrә” – Nyu Yorka düşәn Tomas Vulf, sözün әsl
mәnasında, karıxmışdı: bunu “Bruklini ancaq ölülәr tanıyırlar”
hekayәsindә aşkar duymaq olur. Nyu Yorkda – Bruklindә müha-
cirlәr arasında yaşadığı hәyat, 30-cu illәrdә ABŞ-ın üzlәşdiyi
Böyük böhran Vulfun yaradıcılığından da yan ötmәmişdi, ona
görә dә artıq hey evә qayıtmağa can atan Yucin Qant barәdә yaz-
maqdan әl çәkib, birja böhranından yararlanmağa, Corc Uebber
barәdә düşüncәlәrini qәlәmә almağa başladı. Ölümündәn sonra
nәşr olunan “Evә dönüş yoxdur” (1940) romanı mәhz 30-cu illәr
Amerikasının bәdii mәnzәrәsini tәsәvvürdә canlandırmaq baxımın-
dan diqqәtәlayiqdir.
Vulf 20–30-cu illәrdә, kifayәt qәdәr maddi imkanı vә әdәbi
şöhrәti olanda Avropanı gәzib dolaşdı, İngiltәrәdә, Fransada, Al-
maniyada, İtaliyada yaşadı. Paris kafelәrindә uşaqlıq vә yeniyetmәlik
illәrini xatırlamağı çox sevirdi, “Dön evinә bax, Mәlәk” romanını
İngiltәrәdә yazmışdı, “Zaman da meşә zülmәti kimi qәribәdir”
hekayәsindә Almaniyaya, atasının vәtәninә sәfәri tәsvir olunur.
T.Vulfun 1936-cı ildә Berlin Olimpiya oyunlarına getmәsi onun
hәyatında ağrılı iz buraxmış, sevdiyi Almaniyanın – ata-babasının
romantik ölkәsinin faşizm kabusuyla üzlәşmәsi yazıçını sarsıtmışdı.
“Sizә bәzi şeylәr söylәmәk istәyirәm” povesti dә hәmin sәfәrin
bәdii yekunu kimi yaranmışdı.
***
T.Vulf әsәrlәrini yaddaşının izaholunmaz tәkanıyla yazmağa
başlayırdı. Yazıçının avtobioqrafik qәhrәmanının bütöv tarixçәsindәn
ibarәt nәhәng yaradıcılıq planı qurduğunu güman elәmәk olar.
Buna görә dә ilkin yaradıcılıq tәcrübәsini nәzәrә almasaq vә
әksәr әsәrlәrini ömrünün son on ilindә yazdığını fikirlәşsәk,
7