Page 12 - tomas
P. 12
әrdәki Baskom Hokun prototipi yazıçının dayısı, Bostonda
notarius işlәyәn Henri Uestolldur. Tomas Vulf Harvard Universi-
tetindә oxuyanda Uestolun evindә vә kontorunda olmuş, dayısını
vә onun arvadını “bütöv drama layiq” adamlar kimi görmüşdü.
Dayısının hәyatında baş verәn dönüşlәr әsәr üçün zәngin material
vermişdi. Prototip ondan ötrü sehrli vә bitib-tükәnmәz olsa da,
yazıçı yığcam formalı roman üzә çıxarmağa özündә güc tapa
bilmişdi. Sonralar romanın Almaniya vә İtaliyada nәşr olunmuş
Amerika nәsri antologiyalarına salınması (hәm dә Ş.Anderson,
E.Heminquey, E.Kolduell kimi nәhәnglәrlә yanaşı!) Tomas Vulfun
istedadına verilәn sanballı qiymәt idi.

T.Vulfun “Ölüm – mәğrur bacı” hekayәsi dә “kiçik nәsr”
toplusunda çap olunub vә yazıçının yazdığı Kitabın hissәlәrindәn
biri kimi qavranılır. Bu әsәrdә dә heyrәtamiz enerji, nәfәs kәsәn
tәhkiyә, Vulf qәlәminә mәxsus gözlәnilmәz dönüşlәr diqqәti
çәkir.

***

Hekayәçi Tomas Vulfun miqyasını tam tәsәvvür elәmәk üçün
onun hekayәlәrini – novella vә miniatürlәrini oxumaq kifayәtdir.
Bu nәhәng söz ustasının nә qәdәr incә miniatürlәr qәlәmә aldığını
oxucuları yalnız illәr keçәndәn sonra görә bildilәr.

Fitsceraldın “yüksәk sәviyyәli әsәr” adlandırdığı “Bruklini
yalnız ölülәr tanıyırlar” hekayәsi әvvәldәn-axıradәk dialoqdan
ibarәtdir, yazıçı gәlmә adamın alışa bilmәdiyi, “batmaq” üzrә
olan soyuq şәhәrin obrazını ustalıqla yaradır. E.Heminqueyin
belә bir әdәbi ölçüsü vardı: “Dinlәmәyi bacarmayandan yaxşı
yazıçı ola bilmәz”. Vulf olduğu hәr yerdә – doğma şәhәrciyindә,
Nyu York metrosunda, barlarda, küçәlәrdә әtrafa qulaq asa bilir,
yaddaşına yazılanları әsәrlәrinә köçürmәkdә çәtinlik çәkmirdi.
Bu hekayә dә onun böyük istedadının mәhz belә bir cәhәtini
ortaya çıxarır.

Vulfun miniatürlәri qәhrәmanlarının poetik duyumlarını aşkara
çıxarır. Hәmin hekayәlәrdә uşaq xatirәlәrindә boy verәn, әyalәt

12
   7   8   9   10   11   12   13   14   15   16   17