Page 11 - tomas
P. 11
Sonuncu iki romanı T.Vulfun vәfatından sonra E.Esuell,
sözün әsl mәnasında, әlyazmalar yığını içәrisindәn yaradıb. Yazı-
lanların iki roman şәklindә tәrtib edilmәsi vә seçilәn adlar da
E.Esuellә mәxsusdur. O, dostunun әlyazmalarını oxumaqla
kifayәtlәnmәmiş, ayrı-ayrı parçaları bitkin süjet xәtti әtrafında
birlәşdirmiş, müәyyәn hissәlәri ixtisar elәmiş, yerlәrini dәyişdirmiş,
hәtta Vulf üslubunda birlәşdirici epizodlar da yazmışdı. Hәr iki
roman T.Vulfun vәfatından sonra – “Hörümçәk toru vә qaya”
1939-cu, “Evә dönüş yoxdur” 1940-cı ildә – işıq üzü gördü.

***

Әslindә, Tomas Vulfun “kiçik nәsri” dә yazıçının ömürboyu
qәlәmә aldığı Yeganә kitabın hissәlәridir. Onun hekayәlәri vә
povestlәri (Amerika nәsrindә bu janrın yoxluğunu nәzәrә alsaq,
irihәcmli hekayәlәri, yaxud kiçikhәcmli romanları) mәhz bütöv
Kitabın ayrı-ayrı fәsillәri kimi tәsәvvür olunur.

Tomas Vulf sağlığında cәmi iki “kiçik nәsr” kitabının nәşrini
görmüşdü: “Dünyanın hörümçәk toru” 1932-ci ildә, “Ölümdәn
dan yerinәdәk” 1935-ci ildә çap olunmuşdu. “Orada, tәpәlәr
arxasında” toplusunu isә 1941-ci ildә naşiri E.Esuell oxuculara
çatdırmışdı. Hәlә yazıçının arxivindә yatıb qalan yüzlәrlә, minlәrlә
sәhifә әlyazma öz nәşrini gözlәyir.

T.Vulfun “Dünyanın hörümçәk toru” vә “Baskom Hokun
portreti” әsәrlәri sağlığında da yüksәk qiymәtlәndirilmişdi.
“Dünyanın hörümçәk toru” romanını vaxtilә M.Perkins yazıçının
nadir tapıntısı kimi dәyәrlәndirmişdi: hәmin әsәr monoloq
formasının yığcamlığına görә diqqәti çәkir, “Ölümdәn dan
yerinәdәk” toplusunu tamamlayırdı. İkinci әsәr “Scribner’s maga-
zine” jurnalının baş mükafatına layiq görülüb, Amerika nәsri
antologiyalarına salınıb, hәtta Avropada da böyük şöhrәt qazanıb.
Sonralar müәllif әsәrin әsas epizodlarını “Zaman vә Çay haqqında”
romanına daxil elәdi.

Tәnqidçilәr xüsusilә “Baskom Hokun portreti”nin zamanın
fövqündә dayandığını vә bu günlә sәslәşdiyini qeyd edirlәr.

11
   6   7   8   9   10   11   12   13   14   15   16