Page 14 - tomas
P. 14
mının nәticәsi idi. Ceyms Uaymen – böyük sәrvәtin, bayağı
vә ölçülü-biçili hәyatın gәtirdiyi sıxıntı içәrisindә boğulur, çıxış
yolu tapa bilmir…

***

Tomas Vulfun yaradıcılığı erkәn bitdi: uşaqlıq çağlarında
anasının işlәtdiyi pansionda qalan vәrәmli kirayәnişinlәrlә ünsiyyәt
özünü 1938-ci ildә göstәrdi. Hәmin il ölkәnin qәrb hissәsinә
sәyahәt elәyәn yazıçı vәrәmi şiddәtlәndirәn sәtәlcәmdәn Baltimor
klinikasında dünyasını dәyişdi.

Bununla belә, tәxminәn on beş il sürәn yaradıcılığı müddәtindә
Tomas Vulfun nәşr olunmuş vә olunmamış bәdii әsәrlәrini,
esselәrini, mәktublarını (“Mәktublar”, 1956; “Anama mәktublar”,
1943, 1968; ikicildlik “Qeyd dәftәrçәlәri”, 1971) nәzәrә alsaq,
onun nә qәdәr nәhәng yaradıcılıq enerjisinә malik olduğunu
aydın tәsәvvür etmәk mümkündür.

Tәnqidçilәr T.Vulfun yaradıcılığında U.Uitmәnә xas nikbinlik,
E.Heminqueyә xas yığcamlıq, U.Folknerә xas epiklik… olduğunu
qeyd edirlәr. Hәtta yazıçını adi “mәktәb qaydaları”nı pozmaqda,
zaman keçidlәrindәn tez-tez yararlanmaqda da günahlandırırlar.
Bu ittihamla әlaqәdar Folkner deyirdi: “Vulf ona görә “hәr şeyi”
demәyi bacardı ki, nәinki “mәktәb qaydalarını”, hәtta digәr
qaydaları da pozdu”. O, yazıçının estetik әnginliyini yüksәk
qiymәtlәndirir, onu “öz nәslinin birinci yazıçısı” adlandırır, “bütün
bәşәr tәcrübәsini tam formada әdәbiyyata gәtirmәyә” can atdığını,
“bütün kainatı öz әsәrlәrinә sığışdırmağa” çalışdığını qeyd edirdi.
Tәsadüfi deyil ki, Folknerin bu fikirlәri ötәn әsrin 60-cı illәrindә,
T.Vulf әdәbiyyata tәzәdәn vә daha sanballı şәkildә qayıdandan,
klassiklәr sırasında halal yerini tutandan sonra onun yaradıcılığı
ilә bağlı mübahisәlәr vә tәdqiqatlara tәkan verdi. Ölümündәn bir
neçә il sonra Tomas Mann onu “Amerikanın әn güclü sәslәrindәn
biri” kimi dәyәrlәndirmişdi.

Tәsadüfi deyil ki, әdәbi cәhәtdәn özünә daha yaxın saydığı
U.Folknerdәn üslubuna görә fәrqlәnәn Tomas Vulf dünya

14
   9   10   11   12   13   14   15   16   17   18   19