Page 19 - tomas
P. 19
Dünyanın hörümçək toru
üzürdü… Biz Bob Pattonun hәyәtindә dayananda qadınlar necә
ağlaşırdı… vә bizim yanımızdan ötәn kişilәr necә addımlayırdılar…
onlar addımladıqca yerdәn necә toz qalxırdı… vә biz başa
düşürdük ki, müharibәnin sonu çatıb… İlahi, pәrvәrdigara!..
Bunları unutmaqmı olar?.. Hәr şey indiki kimi yadımdadı, mәnim
balam, hәr şey dә mәhz belә olmuşdu…
…iki yaşımdan bәri nә olubsa, hamısı yadımdadı, bala… vә
sәnә deyim ki, bu illәr әrzindә mәn çox az şeyi unutmuşam…
bәs necә?!. Hәr şey yadımdadı… bir dәfә nәtәhәr әlimdәn tutub
mәni bulaq başına apardılar… qorxudub yarımcan elәdilәr…
Bob Patton vә sәnin әmin Corc… iki heyvәrә... onlar, sәn demә,
bulaq başındakı qara torpaqdan Vili vә Lüsinda Pattonların
heykәllәrini yapıb düzәltmişdilәr… mәnim dә xәbәrim yox…
bilirsәn, o torpaq adamın ovcu içindә mum kimi yumşalırdı… bu
kabus-heykәllәri görәndә mәn o ki var ağlayıb uladım… tanıyırdım
axı onları!.. İndi dә tanımışdım… axı ikisini dә sağlıqlarında
görmüşdüm… dәfәlәrlә ünsiyyәtdә olmuşdum… onlar mәnim
yadımdaydılar…
…Vili vә Lüsinda kapitan Pattonun qulları idi... sәnin indiyәcәn
gördüyün zәncilәrin әn kifirlәri, әn qaraları… atan da hәmişә
zarafata salıb deyәrdi ki, “onları gәrәk kömürlә boyayasan ki,
bәlkә, ağaralar”. Onların ata-analarını Afrika cәngәlliklәrindәn
tutub gәtirmişdilәr… dişlәri ağappaq, par-par parıldayırdı… iylәri
dә ki… Aman Allah!.. Dünyanın heç bir qoxusuyla müqayisәyә
gәlmәyәn, heç nә ilә yuyulmayan, silinmәyәn qapqara әbәdi
zәnci iyi… anam rәhmәtlik o iyi heç götürә bilmirdi. Bir dә
görürdün, odu ha, otağın içindәn keçib-getdilәr… iylәri isә
havadan asılıb qaldı… bәli dә, anamın halı o dәqiqә xarablaşırdı…
bir müddәt özünә gәlә bilmirdi… bu iki vәlәdüzzina da torpaqdan
onların heykәllәrini düzәltmişdilәr… bulağın dibindәki çınqıllardan
da yığıb ağızlarına basmışdılar… guya bu, onların dişlәri idi...
sәn bir özün fikirlәş, iki yaşında körpә uşaqla da belә zarafat
elәyәrlәr?..
– Bu nәdi, – deyirәm, – yәni, doğrudan, Vili vә Lüsinda
sağdırlar?..
Onda Bob qayıtdı:
19