Page 20 - tomas
P. 20
as Vulf

– Bax indi yeyәcәklәr sәni!..
Mәn dә qışqırıb ağladım... dәhşәt idi… hәr şey elә bil dünәn
olub… bәs qardaşım Villini hindu mәqbәrәsinә aparmaqları?..
Söz gәzirdi ki, hinduları orda basdırıblar, odu ki, ora “mәqbәrә”
deyirdilәr... o mәqbәrәnin altından qapqara, yağlı bir arx axıb
gedirdi... atam da hamıya sübut elәmәk istәyirdi ki, orda neft
var… deyirdi, kim orda quyu qaza bilsә, hәmin dәqiqә var-
lanacaq… Villi onda iki yaş altıaylıq idi… Corc da qayıdıb
deyәndә ki, bu yağ hinduların bәdәnindәn süzülür, Villi o dәqiqә
zırıldayıb ağladı...
– Bu nәdi, bala?.. – anam dedi. – Uşağa da belә şeylәr
danışarlar?.. Sәnin o sarsaq başını yerindәn qopartmaq da azdı,
gicin biri gic!..
…e-eh… hansını deyim?.. Hәlә o qış, yolun o tәrәfindәki
dağların başından qaçıb gәlәn o maral da yadımdadı… beş
addımlığımda dayanıb mәnә necә baxırdı… mәnsә onun
buynuzlarını görәndә ağlayıb özümü öldürdüm… İlahi?!. Mәn
ki o vaxta qәdәr maral görmәmişdim!.. Heç bilmirdim, bu nәdi…
o isә hәmin dәqiqә qaçdı… qaçıb meşәyә getdi... bunu anama
danışanda o:
– Maral görmüsәn, yәqin, – dedi. – Әlbәttә, maral olub.
Ondan savayı, nә ola bilәr?.. Yәqin, ovçular dağın başındakı
meşәdәn qovub gәtiriblәr.
…indi qulaq as, gör nә deyirәm… o yaz mәn artıq
böyümüşdüm… dörd yaşım vardı… hәr şeyi olduğu kimi yadımda
saxlamışam... onda amerikalılar bizim tәrәflәrә dadanmışdılar…
o qaniçәnlәri gözümlә görmüşdüm… bir cüt oğlan oğurluq atlarda
yollardan güllә kimi ötdülәr… elә bil dallarınca cinlәr qaçırdı…
hәr şey indiki kimi yadımdadı… onların görkәmi necәydi, o da
yadımdadı… hәr ikisi әsgәr paltarındaydı… boyunlarındakı
alapәlәng yaylıqların ucları da külәkdәn elә dartılmışdı, elә bil
onları nişastalamışdılar… necә uçurdular, ilahi?!. Bizimkilәrsә
çığırırlar… yolun ağzından sәs-sәsә veriblәr ki, “әsgәrlәr gәlir!..”
Arvadlar da әl-ayağa düşüb kişilәrini gizlәdirdilәr… anam da
özünü didib-tökürdü… “İlahi, pәrvәrdigara, gәlirlәr!” – deyirdi...

20
   15   16   17   18   19   20   21   22   23   24   25