Page 25 - tomas
P. 25
Dünyanın hörümçək toru
qapının qәnşәrindәn ötüb-keçәn әsgәrlәrә baxırdı... top kimi
sağlam, nәhәng adam…
…o, iki dәfә evlәnmişdi… bir yığın uşağı vardı... sәkkizi
birinci arvadından – Marta Pattondan (atam bu biri tәrәfdәn idi),
on dördü dә o birisindәn… vә nә gizlәdim, onun hәlә bir qızı da
vardı… Cәnubi Karolinadan olan bir qadından… onlar, әlbәttә,
evli deyildilәr vә mәncә, camaat elә düzünü deyirdi, guya o, qızı
evinә gәtirәrәk, o birilәrlә birgә süfrә arxasına oturdub elan
elәmişdi ki, “Bu qadın bu gündәn etibarәn hamınızın bacısıdı,
onunla adam kimi rәftar elәyin”.
…mәn hәr şeyi, necә var, elә danışıram, bala... amma indi
gör sonra nә oldu… o uşaqların hәrәsi bir yana dağılışdı… hәrә
özünә ailә qurdu… әlbәttә, ölәn vә öldürülәn uşaqlardan savayı...
indi onların sayı yüzü ötüb... Katoba dağlarına, Corciyә, Texasa
köçәnlәr oldu… bir sözlә, bütün yer üzünә yayıldılar… hörümçәk
toru kimi… hamısı da burdan – bir qocadan… inqilab vaxtı
Yansidә mis yataqları qazmaq üçün köçüb bura gәlәn bir ingilis
balasından... deyirdilәr, guya İngiltәrәdә ulu babamızdan bizә
böyük malikanәlәr, varidat qalıbmış… Bob әmi Bill Pentlendin
ölümündәn sonra gәlib demişdi ki, bütün bunlarla atam özü
mәşğul olmalıdı, amma çox götür-qoydan sonra hәr şeydәn
imtina etmәk qәrarına gәlmişdilәr, çünki astarı üzündәn baha
otururdu, xәrci hәddindәn çox çıxırdı…
…hә, harda qaldım?.. Hә, onu deyirdim axı... Demәk, Bill
Pentlend dә o gün ordaydı, bizimlә hәyәtdә dayanıb müharibәdәn
qayıdanlara baxırdı... әsgәrlәr keçib-getdikcә kişilәr qışqırır,
qadınlar ağlayırdı…
…bir dә görürdün, budu bax, biri sıradan çıxıb qaçdı… ar-
vadlarsa yenә ağlaşırdılar… elә bu vaxt Bob әmi gәldi… onda
cәmi-cümlәtanı on altı yaşı olardı… mәnә isә o vaxtlar qoca
gәlirdi... ayaqyalın, başında da ipәk üzlü silindr… Allah bilir,
kimin dükanından oğurlanmışdı… bizә yaxınlaşdı… o dәqiqә
hamımızın gözü doldu…
Salamlaşıb:
– Bax buna varam!.. – deyir… – zarafat elәyir, bilirsәn?!.
Bizi güldürmәk istәyir...
25