Page 29 - tomas
P. 29
Dünyanın hörümçək toru
da zәnci şәhәrinin xınayı toz-torpağına bulaşmış vәziyyәtdә idi…
o rәngdә toz-torpaq ayrı harda ola bilәrdi ki?.. Nә isә…
– Hә, Mel, – atan deyib, – başa düşürәm, çox axmaq bir
vәziyyәt alınıb. Amma özünü nahaq bu işdә günahkar sayırsan.
Vәkilin öhdәsinә düşәni elәmisәn. – deyib, – Әlindәn gәlәni,
necә lazımdısa, elәmisәn. İndi başa düşmürәm, özünü niyә
günahkar hesab elәyirsәn?..
– Eh, Vill, – Mel deyir, – bilsәydin bütün bu söz-söhbәt
atama necә od vurdu, necә od vurdu?!. Bax onları dar ağacından
qurtarmaqdan ötrü elә bil hәr şey elәdim… – deyir, – Daha
bundan artıq adama neylәyәrlәr, hә?.. Amma yenә dә – deyir, –
bir şey çıxmadı, onları, yәqin ki, asacaqlar… Özü dә ikisinin dә
arvad-uşağı var. Bütün qohum-әqrәbaları da mәnә yalvarır ki,
xilas elәyim onları… mәnsә – deyir, – ağlıma sığışdıra bilmirәm,
daha neylәyә bilәrәm?!. Gecә-gündüz – deyir, – başımı sındırıram
ki, onları necә qurtarım… Amma görürәm ki, – deyir – faydası
yoxdu, onsuz da, dar ağacına çәkilәcәklәr… Allah-Allah, bunu
fikirlәşәndә dәhşәt bürüyür mәni…
…özü dә danışa-danışa, belә başını yellәyir... atan deyirdi,
hәmin gecә o, sifәtdәn dә arıqlamışdı…
– Bir özün fikirlәş, – o deyirmiş, – hәr birinin arvadı… hәr
arvadın da qucağında uşağı… hamısı da o lәkәylә böyüyәcәklәr…
bilәcәklәr ki, atalarını adam öldürmәyә görә asıblar. Bu, dәhşәtdi,
Vill, dәhşәtdi! – deyirmiş. – Gecәlәr yuxum әrşә çәkilir… elә
hey onları fkirlәşirәm.
…bütün bunları atan evә nahar elәmәyә gәlәndә açıb danışmışdı.
Deyirdi:
– Sәnә deyim ki, onun işi başdan-ayağa әzabdı ha. Mәncә,
әlindәn gәlәni elәyib, amma yenә dә ona elә gәlir ki, nәdәsә
günahkardı, nәyisә әldәn buraxıb, yoxsa onları xilas elәyә bilәrdi.
Ona baxanda lap ürәyim әriyir, – deyirdi, – rәngi meyit kimi
ağappaqdı, sir-sifәtindәn dә elә yuxusuzluq tökülür, elә bil bir
hәftә yatmayıb.
– Hm… – dedim, – hәlә elә vәkil görmәmişәm, gecәlәr
yatmasın ki, nә var-nә var, kimisә asacaqlar. Başımı verәrәm, –
deyirәm – әgәr Mel Porter buna görә yuxusuz qalıbsa. Onlar, –
29