Page 26 - tomas
P. 26
as Vulf

– Mәnsә elә bilirdim, gәlişimә sevinәcәklәr. Gözlәmәzdim, –
deyir, – mәni göz yaşlarıyla qarşılayacaqlar. İndi ki mәni belә
qarşılayırsız, – deyir, – görünür, geri qayıtmalı olacağam.

– Bob, Bob, – anası deyir, – axı sәnin ayaqqabın belә yoxdu!..
Mәnim yazıq balam… Sәn ki tamam ayaqyalınsan?!.

– Yox әşşi, – Bob deyir, – mәn onları yolda yırtdım. Evә o
qәdәr tәlәsirdim ki, yoldaca ayağımdan çıxdı. Amma bilsәydim, –
deyir, – mәni belә qarşılayacaqsınız, yavaş-yavaş gәlәrdim.

…onda hamı gülüşdü… arvadlarsa, bala, ona görә
ağlamırdılar… sonra hamımız evә qayıtdıq… bişirdik-düşürdük…
birhәftәlik bişmiş qayırdıq… sәnә deyim, kasıb da olsaq, kefin
istәyәn yemәk hazırlamışdıq... daha indikilәr kimi yox ki, ancaq
dodaqlarını yağlamağa çatsın... otuz cücә qızartdıq… bişmiş
qaxacdan tutmuş, donuz әtinәcәn, qarğıdalıya, şirin kartofa, sütül
lobyayacan süfrәyә yığdıq… mais çörәyi, peçenye, alma-armudlu
piroqlar… üstündәn dә neçә cür şirniyyat, marmeladlar, saysız-
hesabsız piroqlar, pirojnalar… bir çәllәk dә yaxşıca süzülmüş
çaxır… Vә sәn bir görәydin, Bob Rufus Aleksanderlә Feyt Paton
bunları necә tәpişdirirdilәr… anam onda onlara baxıb-baxıb:

– Elә bil bu gәdәlәr müharibәyә gedәndәn bәri doyunca
yemәk yemәyiblәr. – dedi.

…yәqin ki, elә elәydi... hә dә, onda mәnim ağlıkәsәn vaxtım
idi… beş yaşım vardı… hәr şeyi hiss elәyirdim… hәr şey dә,
hәtta çox-çox әvvәl olanlar da indiki kimi yadımdadı… ayrı cür
ola da bilmәzdi… axı o vaxtlar hәr şeyi özümüz öz әllәrimizlә
düzәldirdik!.. Süfrәdә nә vardısa, özümüz yetişdirirdik, yunu da
özümüz qırxırdıq, rәnglәyirdik dә, rәng üçün ağac qabığı gәtirmәyә,
yemişan dәrmәyә dә meşәyә özümüz gedirdik... yunu yaşıl
qatranda yaxalayırdıq, onda rәngi getmәyәn tünd-qara alınırdı, o
rәng parıltısını heç vaxt itirmirdi... heç onu indiki parçalarla
müqayisә elәmәk olar?.. Bütün işlәri dә bax bu әllәrimlә
görürdüm… әn yaxşı rәnglәr yaşıl, sarı, qırmızı idi… yun da
әyirә bilirdim… özüm dә ağardırdım… әn gözәl köynәklәri,
döşәkağıları, süfrәlәri özüm tikirdim, özüm toxuyurdum...

…o günlәr indiki kimi yadımdadı… off, ütülmüş lәlәklәrin
o eybәcәr iyi!.. anam hәyәtdә toyuq yolurdu… ocağın iyi quyunun

26
   21   22   23   24   25   26   27   28   29   30   31