Page 27 - tomas
P. 27
Dünyanın hörümçək toru
başındakı tәzә şam ağaclarının iyinә qarışmışdı… sәnin dә
hәssaslığın, bax burdan gәlir, bala!.. Külәk qupquru otların
arasıyla vıyıldayır, fışıldayır… bunları dinlәdikcә içimi qәm,
kәdәr bürüyür…
…onda Salli yenicә vәfat elәmişdi… oturmuşam… cәhrәnin
tağalağı hәrlәnir… hәr şey elә bil indicә baş verir… hәr şey
olduğu kimi yadımdadı, bala… onlar çay kәnarındakı yolla
gedirlәr… uzaqdan çığırtıları, ulaşmaları eşidilir… “Urra!..
Urra!..” – qışqırırlar… olsun ki, şәhәrә – seçkiyә yollanırlar... bir
tәrәfdәn: “Urra!.. Xeyesә eşq olsun!..” – qışqırırlar, bir tәrәdәn:
“Tildenә eşq olsun!..” – bağırırlar... İlahi?!.. Hamısı yadımdadı…
bunları unutmaqmı olar?.. Elә şeylәr yadımdadı ki, sәn onları
heç yuxularında da görmәmisәn, oğul…
***
– Bәs o sәslәr?.. Eşitdiyin sәslәri deyirәm…
– Hә?.. Hә dә, mәn elә onu deyirәm dә, qulaq as… “İki-iki…” – bir
sәs deyir, o birisi: “İyirmi-iyirmi…” Bıy?.. Bu nәdi belә?.. –
deyirәm… vә yenә eşidirәm…
“İki… iki” – birinci sәs deyir, o birisi dә onun ardınca: “İyir-
mi… iyirmi…” …hә… bax әn maraqlısı da budu... mәn o
günlәrdә dә elә bu haqda fikirlәşirdim… qәribәdi… fikirlәşәndә
görürsәn, hәr şey necә dә qәribәdi?!.. Hә-ә… hәmin gün sentyabrın
iyirmi yeddisi idi… demәli, o gün ona görә yadımda qalıb ki,
ikicә gün ondan әvvәl ayın iyirmi beşindә mәn Ambroz Reydinkerlә
söhbәt elәyirdim… bәli, dәqiq iyirmi beşi idi… sәhәr saat on
birdә... onda atan hәlә emalatxanadaydı… Biverdmandan gәlәn
bir adam üçün başdaşının üstündә ad yonurdu… onun arvadı
ölmüşdü…. bu vaxt da hәmin o… nәdi o?.. Mel Porter gәlib
çıxdı… atan deyirdi, o, düz emalatxanaya girib gözünü ona
zillәyib… atan deyirdi, o gün elә kәdәrli, elә qәmliydi, elә bil
bәdbәxtlik basmışdı onu... onda atan başını qaldırıb:
– Xeyir ola, Mel?.. – deyib. – Sәni heç vaxt bu sifәtdә
gördüyüm olmayıb.
27