Page 30 - tomas
P. 30
as Vulf

dedim, – ancaq o vaxt yuxusuz qalırlar ki, ya qorxurlar haqlarını
vermәyәcәklәr, ya da sәhәrәcәn kiminsә başından basıb qabağa
keçmәk haqqında fikirlәşirlәr. Onun sәnә dediklәri isә, deyirәm,
başdan-ayağa yalandı, burda nәsә bir fırıldaq var.

– Yox, nә danışırsan?.. – atan dedi, – Mәncә, sәn sәhv
elәyirsәn… Mәncә, – deyir, – ona qarşı haqsızsan…

– Әşşi, sәn Allah bәsdi, mister Qant!.. – deyirәm. – Yәni mәn
bu qәdәr qoyunam? Bu söhbәt başdan-ayağa fırıldaqdı, sәnin dә
o dәqiqә ürәyin yumşaldı, әlüstü hәr şeyә inanırsan.

…atan elәydi, bala… bir dә görürdün, söyüb-batırdı, çığırıb-
bağırdı… bilmirsәn, canını hara götürüb qaçasan… sonra bir dә
baxırsan ki, kiminsә yazıq-yazıq mızıldanmağına yumşalıb
kövrәldi, bircә sözә bәnddi ki, axırıncı köynәyini çıxarıb versin…
eh, hansını deyim?..

…Omelin qardaşı – o xeyirә-şәrә yaramayan qoca kaftar
Rufus Porter… bir Allah şahiddir ki, bu gün o, nә zülmlәr
çәkirsә, haqqına çәkir… içmәkdәn xәrçәng kimi qıpqırmızı
qızarıb pörtmüş sifәtiylә… yadıma gәlir, onda balaca qız idim…
bir dә gördüm, budu ha, gәlirlәr… “Ayıqlar cәmiyyәtinin” iclasına
daxil olub cәrgәlәrin arasından keçdilәr…

Çeter Aleksanderlә qol-qola… ikisi dә yazılı surәtdә and içib
altından da imza atıblar ki, bәs filan-feşman... İlahi!.. Yüz dәfә
demişәm, yenә deyirәm: onların qarınlarına tökdüklәri çaxırı bir
yerә yığsan, içinә gәmi buraxmaq olar... bax hәmin o Rufus
Porter atanın yanına gәlib dilә tutdu ki, banka gedib onun әvәzinә
min dörd yüz dollarlıq çekә imza atsın… hәr yadıma düşәndә…
tfu!.. Mәn onda atana dedim:

– Bax belәlәrini asmaq lazımdı! Öz әllәrimlә, – dedim –
asardım belәsini!..

Onda o, dilinin şirin yerinә salıb:
– Hәr şey öz qaydasında olacaq, Vill. Qoymaram, – deyir, –
sәn bir dollar belә itirәsәn.
…özününsә altında bir qәpiyi belә yoxdu ha!..
– Sәn mәnim canım, mister Qant, – sonra deyirdim ona, –
hansı ağıl yiyәsi belә axmaq iş tutar, hә?..

30
   25   26   27   28   29   30   31   32   33   34   35