Page 42 - tomas
P. 42
as Vulf

amerikalı, – necә deyәrlәr, “ciyәriyanmış amerikalı” gәlib iki
qadını birdәn bәdbәxt elәdi… biri olsaydı, yenә dәrd yarıydı,
onda, bәlkә dә, mәsәlә ayrı cür olardı… ikisi idi deyә bunu uda
bilmәdilәr… gün vermәdilәr ona… odu ki, köçmәli oldu... elә
onda Altamonta köçmәyi qәrara aldı… hәm dә Lidiyanın vәrәmi
yenә baş qaldırmışdı... onunsa ümidi var idi ki, dağ havası kömәk
edә bilәr.

…bir dә fikirlәşirәm, yәqin, qorxub ki, özü dә xәstәlәnәr,
bir yerdә yaşayırdılar axı?!.. Mәn onu birinci dәfә görәndә lap
ölüyә oxşayırdı... Off!.. Tәsәvvür elәyirsәn, çöp kimi arıq, rәng-
ruhu sapsarı… onun ki başına bir elә müsibәt gәlmişdi… nә
isә… Lidiya bütün varını satmalı oldu... var deyәndә ki, elә bir
şeyi dә yox idi… dükanını bağladı... atan әvvәl missis Meysonla
Lidiyanı göndәrdi… özü isә bir az lәngidi… çalışdığı o idi ki,
mәrmәri satıb, bir az pul qazansın… sonra özü dә getdi... bir
sözlә, onlarla tanışlığım bax belә oldu… küçәnin bir tinindә
şlyapa dükanı saxlayan qadın, meydanın qurtaracağındakı emalatxa-
nada – köhnә tövlәdә işlәyәn usta… hә, belә-belә işlәr… indi
sәnә ayrı bir qadından da – Eler Bilsdәn dә danışım... atanla
çoxdan tanış idilәr… axı o, Conla Lidiyanın qardaşı arvadı idi!.
Amma, ay Allah!.. Onlar sәnin atanla – guya bütün ailәni biabır
elәyәn adi daşyonanla oturub-durmağı özlәrinә sığışdırmırdılar...
amma Lidiyanın başına ki o iş gәldi, alәmi bir-birinә vurdular…
onunla heç belә üz-üzә gәlmәk istәmirdilәr... özü dә deyirdi ki,
onu görmәyә gözlәri yoxdu... onun da onlar üçün heç gözü
atmırdı... amma sonra buyur: yarım il keçdi, bunun üçün gәrәk
bütün mәnliyini itirәsәn… Eler Bils onlara getdi... Mәnә elә
gәlir, ayrı әlacı qalmadı, ona görә… axı әri Con Bils müftәxorun,
avaranın biriydi!.. Onu saxlaya bilmirdi… o da bunu Lidiyaya,
qoca missis Meysona yazmışdı... onlar da cavab göndәrdilәr ki,
“gәl”... atan onun gәldiyini bilmirdi, ona görә belә qәrara gәldilәr
ki, qoy әvvәlcә gәlsin, sonra onu birtәhәr yola gәtirәrlәr… elә dә
oldu… günlәrin bir günü atan evә nahara gәlәndә, bir dә gördü,
budu ha, xanımcığaz oturub… üzü әnlik-kirşanlı, geyimli-kecim-
li… atanın da heç nәdәn xәbәri yox... Allah bilir, onu görәndә

42
   37   38   39   40   41   42   43   44   45   46   47